
Qurban Qurbanov: "Neftçi" ilə oyunlar üçün əlavə motivasiyaya ehtiyac olmur"
"Neftçi" ilə matçlar hər zaman maraqlı keçir".
"Neftçi" ilə matçlar hər zaman maraqlı keçir".
Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXIX turunda "Neftçi"yə 5:1 hesabı ilə qalib gəldikləri oyunun mətbuat konfransında deyib.
O bildirib ki, start heyətini müəyyənləşdirərkən futbolçuların hazırlıq səviyyəsi əsas götürülüb: "Sıx qrafikə görə heyətdə rotasiyalar etməli olduq. Oyunçularda yorğunluq var idi. Üç gün sonra yenidən matçımız olacaq, buna görə ehtiyatlı davrandıq".
Mütəxəssis komandanın oyuna hazırlıq prosesinə də toxunub: "Hazırlığa çox vaxtımız olmadı, cəmi bir məşq keçdik. "Neftçi"yə qarşı oynayanda əlavə motivasiyaya ehtiyac olmur. Bu rəqiblə oyunlar həmişə maraqlı və baxımlı keçir".
Qurban Qurbanov növbəti qarşılaşmanın daha çətin ola biləcəyini vurğulayıb: "Bu qələbə futbolçularda müəyyən rahatlıq yarada bilər. Növbəti oyuna hazırlaşmaq daha çətin olacaq".
Qeyd edək ki, xallarını 59-a çatdıran "Qarabağ" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Neftçi" isə 44 xalla beşincidir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Qalatasaray" derbidəki inamlı qələbəsi ilə çempionluğun bir addımlığında
Türkiyə Super Liqasında XXXI turun oyunları davam edir.
İdman"Qalatasaray" derbidəki inamlı qələbəsi ilə çempionluğun bir addımlığında - VİDEO
Türkiyə Super Liqasında XXXI turun oyunları davam edir.
İdman"Neftçi"nin məşqçisi: "Qarabağ"la aramızda səviyyə fərqi var"
"Qarabağ"la aramızda səviyyə fərqi var. Biz də o mərhələyə çatmaq istəyirik. Bu, asan məsələ deyil. Çalışmalı, hər gün məşq etməliyik. Boşluqlar olarsa, o gücə çatmaq mümkün deyil. Futbolçular bunu nə qədər tez dərk etsələr, nəticələr də bir o qədər yaxşı olar. Belə rəqibə qarşı oynayanda tək motivasiya və keyfiyyət kifayət etmir, meydanda maksimum güc sərf etmək lazımdır.
İdmanAzərbaycan güləşçiləri Avropa çempionatını 13 medalla başa vurublar
Azərbaycan güləşçiləri Albaniyanın paytaxtı Tiranadakı Avropa çempionatını 13 medalla başa vurublar.