Son dəqiqə
"Spotify"nin işində problemlər yaranıbSülh və Yerablur arasında qalan Ermənistan: Koçaryana cavab - VİDEOAzərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat edibABŞ-nin İrana qarşı əməliyyatlara çəkdiyi xərclərin məbləği açıqlandıBöyük Britaniya Xarici İşlər Nazirliyi rusiyalı diplomatın akkreditasiyasını ləğv edibBelçikanın müdafiə naziri Trampı haqlı saydı: NATO barədə sərt sözlər
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Nepalın sabiq baş naziri həbs edildi
Nepalın sabiq baş naziri həbs edildi
Dünya

Nepalın sabiq baş naziri həbs edildi

28 mart 2026
16:48
1 baxış
Paylaş:

Nepalın sabiq baş naziri Xadqa Prasad Şarma Oli, eləcə də ölkənin keçmiş daxili işlər naziri Rameş Lehak saxlanılıblar.

Nepalın sabiq baş naziri Xadqa Prasad Şarma Oli, eləcə də ölkənin keçmiş daxili işlər naziri Rameş Lehak saxlanılıblar.

Gundem.today xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Xəbərə əsasən, bu həbslər ötən ilin sentyabrında Z nəslinin korrupsiyaya qarşı keçirdiyi aksiyalar zamanı onlarla insanın həyatını itirməsi faktı üzrə aparılan istintaq tədbirləri çərçivəsində reallaşıb.

Saxlanılma qərarı yeni təyin olunmuş Baş nazir Balendra Şahın andiçmə mərasimindən bir gün sonra, sentyabr iğtişaşlarını araşdıran xüsusi komissiyanın rəyi əsasında icra edilib. Sözügedən komissiya sabiq hökumət rəhbərini nümayişlərin ilk günündə azı 19 etirazçının ölümü ilə nəticələnən atışma zamanı lazımi tədbir görməməkdə təqsirli bilib. Ümumilikdə iki gün davam edən və nəticədə Olinin istefası ilə yekunlaşan toqquşmalarda 76 nəfər həyatını itirib.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, hazırda Katmandu polis idarəsində saxlanılan Oli və Lehak bazar günü hakim qarşısına çıxarılacaqlar. İki dəfə böyrək köçürülməsi əməliyyatı keçirmiş 74 yaşlı sabiq baş nazir səhhəti ilə əlaqədar polis bölməsindən xəstəxanaya aparılıb. Olinin hüquqlarını müdafiə edən vəkil isə bu həbsin heç bir əsası olmadığını və müvəkkilinin qaçma ehtimalının mümkünsüzlüyünü vurğulayıb.

Xatırladaq ki, bir gün öncə Katmandu şəhərinin keçmiş meri və sabiq reper olan 35 yaşlı Balendra Şah Nepalın yeni baş naziri vəzifəsinə keçib. Şah 14 nəfərdən ibarət yeni Nazirlər Kabinetini formalaşdırıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

"Spotify"nin işində problemlər yaranıbDünya

"Spotify"nin işində problemlər yaranıb

Bir sıra ölkələrdə "Spotify" striminq xidmətində nasazlıq müşahidə olunur.

Bu gün
19:540
ABŞ-nin İrana qarşı əməliyyatlara çəkdiyi xərclərin məbləği açıqlandıDünya

ABŞ-nin İrana qarşı əməliyyatlara çəkdiyi xərclərin məbləği açıqlandı

ABŞ-nin İrana qarşı əməliyyatlarının cari xərcləri 25 milyard dollar həcmində qiymətləndirilir.

Bu gün
19:420
Böyük Britaniya Xarici İşlər Nazirliyi rusiyalı diplomatın akkreditasiyasını ləğv edibDünya

Böyük Britaniya Xarici İşlər Nazirliyi rusiyalı diplomatın akkreditasiyasını ləğv edib

Böyük Britaniya hökuməti Londondakı Rusiya səfirliyinin əməkdaşının akkreditasiyasını ləğv edib.

Bu gün
19:360
Belçikanın müdafiə naziri Trampı haqlı saydı: NATO barədə sərt sözlərDünya

Belçikanın müdafiə naziri Trampı haqlı saydı: NATO barədə sərt sözlər

Belçikanın müdafiə naziri Teo Franken Donald Trampın NATO ilə bağlı tənqidlərinin müəyyən mənada doğru olduğunu bildirib.

Bu gün
19:320