
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır
Nobel Sülh Mükafatının iranlı laureatı, hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.
Nobel Sülh Mükafatının iranlı laureatı, hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.
Gundem.today-ın "AFP" nəşrinə istinadən xəbərinə görə, bu barədə onun yaxın ətrafı məlumat veriblər.
Nərgiz Məhəmmədinin fondunun açıqlamasına görə, vəziyyətinin sürətlə pisləşməsi, iki dəfə itirməsi və ağır infarkt səbəbindən, o, təcili olaraq Zəncandakı xəstəxanaya köçürülüb. Birinci dəfə ürəyi getdikdən sonra, o, Zəncan xəstəxanasına yerləşdirilməkdən imtina edib. Baxmayaraq ki, daha əvvəllər mürəkkəb cərrahi tarixçəsinə görə ona müalicə üçün Tehranda müəyyən həkimlərə müraciət etmək tövsiyə olunmuşdu. Lakin vəziyyəti pisləşdikdən sonra həbsxana həkimi Nərgiz Məhəmmədinin təcili olaraq xəstəxanaya yerləşdirilməsini əmr edib.
Nəşr qeyd edir ki, hüquq müdafiəçisi təcili terapiya şöbəsinə yerləşdirilib, lakin onun qan təzyiqi kəskin şəkildə dəyişməyə davam edir.
Nərgiz Məhəmmədinin ailəsi iddia edir ki, qərar son anda verilib və artıq çox gec ola bilər. Onların sözlərinə görə, hakimiyyət orqanları onun sağlamlıq durumu kəskinləşənə qədər tibbi məsləhətlərə məhəl qoymayıblar.
Qeyd edək ki, Nərgiz Məhəmmədi ötən il dekabrın 12-də Məşhəd şəhərində vəkil Xosrov Alikurdinin xatirəsinə həsr edilən mərasimdə bir neçə digər fəalla birlikdə həbs edilib.
Xatırladaq ki, hüquq müdafiəçisi İranda görüşlər təşkil etmək, gizli sövdələşmə və təbliğat aparmaqda ittiham olunduğu üçün azadlıqdan məhrum edilmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaYəmən sahillərində dəniz quldurları neft tankerini ələ keçiriblər
"M/T EUREKA" tankeri Yəmən sahillərində naməlum silahlıların hücumuna məruz qalıb və ələ keçirilib.
DünyaRusiyada gömrükçülərə PUA-ları vurmağa icazə verildi
Rusiya Prezidenti Vladimir Putin gömrük orqanlarına pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə aparmaq səlahiyyəti verən qanuna imza atıb.
DünyaDonald Tramp idrak testindən keçdi: Ağ Ev liderinə hansı suallar verilib?
ABŞ Prezidenti Donald Tramp özünü idrak testindən sınaqdan keçən yeganə ABŞ lideri adlandırıb.
DünyaKİV: Almaniya müharibəyə hazırlıq görür
Almaniya mülki infrastrukturunu Avropada baş verə biləcək potensial hərbi münaqişəyə hazırlamaqdadır. Lakin hərbiləşdirmə prosesi üçün dövlət büdcəsində vəsait çatışmadığından, hökumət bu işə özəl sektoru cəlb etməyə çalışır.