
Nərimanovda avtomobillərdən oğurluğun ANBAAN GÖRÜNTÜLƏRİ
Nərimanovda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.
Nərimanovda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.
Gundem.today xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Nərimanov rayonunda bir nəfərə məxsus "Changan" markalı avtomobilin şüşəsinin sındırılaraq nəqliyyat vasitəsindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı Qabil Kərimov müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı onun paytaxt ərazisində daha 2 avtomobildən ümumilikdə 580 manat, qol saatı və boyunbağı oğurladığı da müəyyən olunub.
Qeyd edək ki, Q.Kərimovun etdiyi əməllər təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb
Faktlarla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalSevdiyi qızı qaçıran gəncə hökm oxunub
Sevdiyi qızı qaçırtmaqda təqsirləndirilən İsgəndər İsgəndərov və dostu Əlisaab Abdullayevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.
KriminalEtibar Məmmədovun villasından minlərlə dolları oğurlayan şəxs: "Pulları Bilgəhdə qızlara xərclədim"
Bakının Sabunçu rayonunda yeniyetmə oğlan villadan oğurluq edib.
KriminalHindistanda ata pis qiymət alan qızını mişarla öldürdü - FOTO
Hindistanın Maharaştra ştatının hüquq-mühafizə orqanları doqquz yaşlı övladına mişarla xəsarət yetirən şəxsi saxlayıb. Azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
KriminalHacıqabulda 16 yaşlı qızla oğluna toy edən ataya HÖKM OXUNDU
Hacıqabulda 23 yaşlı oğlu ilə 16 yaşlı qızı evləndirən ataya hökm oxunub.