Son dəqiqə
Olimpiya mükafatçılarımızın medalları dəyişdirilirİşğaldan azad olunmuş ərazilərdə tullantı poilqonlarının tikintisinə 11 milyon manatdan çox pul xərclənəcəkİntensiv yağışlarla əlaqədar fəsadların aradan qaldırılması və suçəkmə işləri davam etdirilir - VİDEOHörmüz boğazında zərbə alan gəmidəki itkin düşmüş dənizçilərin taleyi məlum oldu"Azercell" yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edirİspaniya XİN rəhbəri: "Müharibənin bitdiyini söyləmək hələ tezdir"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Nəsimi rayonunda avtosalon məhəllə yolunu ZƏBT EDİB: "Qəza riski artır"
Nəsimi rayonunda avtosalon məhəllə yolunu ZƏBT EDİB: "Qəza riski artır"
Cəmiyyət

Nəsimi rayonunda avtosalon məhəllə yolunu ZƏBT EDİB: "Qəza riski artır"

Bu gün
14:40
1 baxış
Paylaş:

Bakının Nəsimi rayonunda yerləşən avtosalon sakinlərin həyətlərinə gedən yolda ciddi maneə yaradıb.

Bakının Nəsimi rayonunda yerləşən avtosalon sakinlərin həyətlərinə gedən yolda ciddi maneə yaradıb.

Bu barədə Gundem.today-a şikayət daxil olub.

Qeyd olunub ki, Hüseyn Seyidzadə və Rəşid Məmmədov küçələrinin kəsişməsində, məhəllənin girişində tikilmiş çoxmərtəbəli binanın altında fəaliyyət göstərən avtosalon ərazini, demək olar ki, tamamilə zəbt edib.

A post shared by Gundem.today (@oxuaz)

Sakinlərin sözlərinə görə, satışa çıxarılan avtomobillər məhəlləyə giriş-çıxışı ciddi şəkildə məhdudlaşdırıblar.

"Bura binaların həyətlərinə giriş və çıxış üçün nəzərdə tutulan dar, ikizolaqlı yoldur. Binanın altında avtosalon açılandan sonra o yoldan keçmək ciddi problem yaradır. Belə ki, satışda olan maşınlar yolun giriş hissəsində sağ zolaqda saxlanılır, əlavə olaraq salon əməkdaşlarının və müştərilərin avtomobilləri də ikinci zolaqda park edilir. Nəticədə, hərəkət üçün yalnız dar və təhlükəli bir zolaq qalır ki, bu da nəqliyyatın hərəkətini çətinləşdirir. Həyətdən əsas yola çıxış zamanı görünüş sahəsinin məhdud olması qəza riskini artırır, çünki sürücülərin baş yolla hərəkət edən avtomobilləri vaxtında görməsi mümkün deyil", - deyə şikayətdə vurğulanıb.

Məsələ ilə bağlı Gundem.today-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, artıq ərazidə müvafiq tədbirlər görülüb.

"Sözügedən şikayətlə bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polisi (DYP) Şöbəsinin əməkdaşları tərəfindən Nəsimi rayonu Rəşid Məmmədov küçəsində həyata keçirilən tədbirlər nəticəsində yolun buraxıcılıq qabiliyyətinin aşağı düşməsinə, eyni zamanda, sıxlığın yaranmasına səbəb olan nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunamüvafiq tədbirlər görülüb", - deyə T.Nəsirli bildirib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Sakin_şikayəti#Qanunsuz_parklanma#Nəsimi_rayonu#Nəsimi_Rayon_Polis_İdarəsi#Bakı_Şəhər_Dövlət_Yol_Polisi_İdarəsi_(BŞDYPİ)

Oxşar Xəbərlər

İntensiv yağışlarla əlaqədar fəsadların aradan qaldırılması və suçəkmə işləri davam etdirilir - VİDEOCəmiyyət

İntensiv yağışlarla əlaqədar fəsadların aradan qaldırılması və suçəkmə işləri davam etdirilir - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.

Bu gün
16:350
Bəzi ərazilərə LEYSAN, QAR yağacaq - XƏBƏRDARLIQCəmiyyət

Bəzi ərazilərə LEYSAN, QAR yağacaq - XƏBƏRDARLIQ

Aprelin 9-da Azərbaycanın əksər rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bu gün
16:121
Bakı Metropolitenində yeni təyinat - ÖZƏLCəmiyyət

Bakı Metropolitenində yeni təyinat - ÖZƏL

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində yeni təyinat olub.

Bu gün
16:081
DSX-nın Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri AÇIQLANDICəmiyyət

DSX-nın Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri AÇIQLANDI

5 aprel 2026-cı il tarixində keçirilən Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri elan edilib.

Bu gün
15:580