
Nikol Paşinyan Azərbaycana gəlmək istəyir
Ermənistan baş naziri Nikol Paşinyan 2028-ci ildə Azərbaycana gəlmək niyyətindədir. Hökumət rəhbəri bu ehtimal edilən səfəri Avropa Siyasi Birliyinin (ASB) gələcək sammitinə qatılmaq məqsədilə həyata keçirmək istədiyini diqqətə çatdırıb.
Ermənistan baş naziri Nikol Paşinyan 2028-ci ildə Azərbaycana gəlmək niyyətindədir. Hökumət rəhbəri bu ehtimal edilən səfəri Avropa Siyasi Birliyinin (ASB) gələcək sammitinə qatılmaq məqsədilə həyata keçirmək istədiyini diqqətə çatdırıb.
Gundem.today xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
"Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfədir ki, Ermənistanda təşkil olunan tədbirdə məsafədən də olsa, iştirak edir. Bununla yanaşı, ümidvaram ki, 2028-ci ilə təsadüf edəcək 10-cu ASB sammiti çərçivəsində mənim də Azərbaycana səfər etmək şansım yaranacaq", - deyə İrəvan şəhərində baş tutan 8-ci ASB sammitinin açılış mərasimində çıxış edən Ermənistanın baş naziri qeyd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAzərbaycan Prezidenti: "Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur"
"2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatizmə son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və 30 il kağız üzərində qalan 4 qətnaməsini biz özümüz həyata keçirdik. Bundan dörd ay sonra AŞPA nümayəndə heyətimizə qarşı sanksiyalar tətbiq etdi".
SiyasətPrezident: "Həm Azərbaycan, həm də Ermənistan artıq sülhün praktik faydalarını görürlər"
"Sülhün digər nailiyyəti bağlantıdır. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu Azərbaycanı onun eksklavı Naxçıvanla birləşdirəcək və bu yol Orta Dəhlizin bir hissəsi olacaq".
SiyasətMartin Çunqonq Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
Azərbaycanda səfərdə olan Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 4-də Fəxri xiyabanı ziyarət edib.
Siyasətİlham Əliyev: "Azərbaycan ərazisindən Ermənistana 28 min ton yük çatdırılıb"
"Azərbaycan ərazisindən Ermənistana 28 min ton yük çatdırılıb".