
Niyə evlənənlər azalıb? - "Gənc qızlar evi olmayan oğlanlara şans vermirlər" - VİDEO
Yanvar ayında nikahların və boşanmaların sayı azalıb.
Yanvar ayında nikahların və boşanmaların sayı azalıb.
Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir. Belə ki, Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələrində 2026-cı ilin ilk ayında 2 922 nikah və 1 779 boşanma halı qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən nikahların sayı azalaraq 5.4-dən 3.4-ə, boşanmaların sayı isə 2.1-dən 2-yə enib.
Sosioloq Lalə Mehralı Baku TV-yə bildirib ki, gənclərin ailə qurmaqdan çəkinməsinin müxtəlif sosial-iqtisadi səbəbləri var:
"Paytaxtda yaşayan gənclər üçün əsas maneə mənzil problemidir. Gənc qızlar çox vaxt evi olmayan oğlanlara şans vermirlər. Bölgələrdə isə mənzil və torpaq məsələsi o qədər kəskin olmasa da, işsizlik və gəlir səviyyəsinin aşağı olması əsas problemdir".
Ekspertin fikrincə, dövlət tərəfindən yeni evlənən gənclərə dəstək məqsədilə aşağı faizli kreditlər və sosial evlər layihəsi kimi xüsusi proqramlar tətbiq oluna bilər.
Bundan əlavə, 2026-cı ilin yanvar ayında ölkədə 6 243 ölüm halı qeydə alınıb. Bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən göstəricinin 6.6-dan 7.2-yə yüksəlməsi deməkdir.
Beləliklə, rəsmi statistika göstərir ki, ilin ilk ayında həm nikahların, həm də boşanmaların sayında azalma müşahidə olunsa da, ölüm hallarının artması demoqrafik mənzərədə diqqətçəkən əsas məqamlardan biri kimi önə çıxır. Mütəxəssislər hesab edirlər ki, bu tendensiyalar sosial-iqtisadi amillər, ailə institutuna yanaşma və ümumi həyat şəraiti ilə birbaşa bağlıdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏ
Azərbaycan Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyat müddəti uzadılıb.
CəmiyyətPolis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEO
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantları ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan fləşmob keçiriblər.
CəmiyyətŞəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTO
Şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevaya leytenant rütbəsi verilib.
CəmiyyətDünya yenidən TƏŞVİŞ İÇİNDƏ: Hantavirus nədir? - Ölümcül infeksiyanın ƏLAMƏTLƏRİ
Mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı Atlantik okeanında Argentinadan Kabo-Verdeyə hərəkət edən, Niderlanda məxsus "MV Hondius" kruiz gəmisində hantavirus infeksiyasının yayıldığını açıqlayıb. Son bilgilərə əsasən, gəmidə səkkiz yoluxma halı təsdiqlənib, onlardan üçü ölümlə nəticələnib. Maraqlıdır ki, əsasən, Amerika qitəsində rast gəlinən virusun əhatə dairəsi genişlənib, ona İsraildə də rast gəlinib.