Son dəqiqə
Tramp atəşkəs bitənədək ABŞ və İranın razılığa gələ biləcəklərini mümkün hesab edir"Barselona" Çempionlar Liqasında hakimliklə bağlı şikayət veribSakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaqRusiyada kriptobirja sındırıldı, istifadəçilərin milyonlarla pulu oğurlandı"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM - VİDEOİran Hörmüz boğazının idarə edilməsindən əldə edilən gəlirləri açıqlayıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Mədəniyyət
  3. Nizami Kino Mərkəzində "At gücü" sənədli filmi təqdim olunub
Nizami Kino Mərkəzində "At gücü" sənədli filmi təqdim olunub
Mədəniyyət

Nizami Kino Mərkəzində "At gücü" sənədli filmi təqdim olunub

Bu gün
20:04
0 baxış
Paylaş:

Aprelin 16-da Nizami Kino Mərkəzində "At gücü" ("Horse Power") sənədli filminin təqdimatı keçirilib.

Aprelin 16-da Nizami Kino Mərkəzində "At gücü" ("Horse Power") sənədli filminin təqdimatı keçirilib.

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimat mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Əvvəlcə qonaqlar tədbir çərçivəsində Azərbaycan Rəssamlıq Akademiyasının tələbələrinin "At gücü" mövzusunda hazırladıqları rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Daha sonra film nümayiş etdirilib.

Film dünyanın ən seçilən atlarının hekayəsindən, onların qeyri-adi gücündən və insanla unikal bağlılığından bəhs edir. Layihə vəhşi təbiət haqqında məzmun yaradan və filmləri 70-dən çox ölkədə yayımlanan məşhur "Plimsoll Productions" və "Eos Films" istehsal şirkətlərinin birgə məhsuludur.

Filmin çəkilişləri ABŞ, Azərbaycan, Böyük Britaniya, Çin, Qətər və Niderlandda aparılıb. Azərbaycandakı çəkilişlər Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Atçılıq Federasiyasının (ARAF) dəstəyi ilə həyata keçirilib. Filmdə təqdim olunan məşhur at cinsləri arasında Azərbaycanın milli irsi olan Qarabağ atları da öz layiqli yerini tutub.

Bu ekran əsəri "Mavi Planet II" və "Yer kürəsi II" kimi layihələrin yaradıcıları tərəfindən atlar haqqında indiyədək çəkilmiş ən iddialı sənədli filmlərdən biri hesab olunur.

Şərq təqviminə görə 2026-cı ilin "At ili" olması ilə əlaqədar filmin nümayişləri dünyanın müxtəlif ölkələrində bu mövzuya həsr edilib. Proqnozlara əsasən, ekran əsərinin auditoriyası 100 ölkədə 300 milyon izləyicini ötəcək. Bu göstəriciyə televiziya yayımı, onlayn platformalar, kinoteatr nümayişləri, eləcə də dünyanın müxtəlif muzeylərində təşkil edilən təqdimatlar vasitəsilə nail olunması gözlənilir.

Qeyd edək ki, filmin ərsəyə gəlməsində beynəlxalq təcrübəyə malik peşəkar komanda iştirak edib. Layihənin məsləhətçiləri sırasında Böyük Britaniyanın tanınmış fotoqrafı, Kral Coğrafiya Cəmiyyətinin üzvü Henri Dallal da daxil olmaqla, elm və mədəniyyət sahəsinin aparıcı mütəxəssisləri yer alır.

Filmin rejissoru Mark Braunlou "Yer kürəsi II" və "Eden: Untamed Planet" kimi layihələri ilə tanınır. O, həmçinin "Mavi planet II", "Kiçik nəhənglər 3D", "Okeanlar: bizim mavi planetimiz 3D" və digər sənədli serialların prodüseri və rejissoru kimi çoxsaylı mükafatlara layiq görülüb.

Filmin prodüseri Sun Şuyun beynəlxalq əməkdaşlıq sahəsində tanınan və məhsuldar fəaliyyət göstərən mütəxəssislərdəndir.

İkinci rejissor Rob Sallivan sənədli seriallar üzrə təcrübəli prodüser və rejissor kimi yerli hekayələrin təqdimatı və unikal çəkiliş məkanlarına çıxış imkanları ilə seçilir.

Filmin kadrarxası mətni "Oskar" mükafatı nominantı aktyor Coş Brolin tərəfindən səsləndirilib, musiqinin müəllifi isə "Emmy" mükafatı laureatı bəstəkar Barnabi Teylordur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Mədəniyyət#Anar_Ələkbərov#Heydər_Əliyev_Fondu

Oxşar Xəbərlər

Xalq artisti: "Bu, islahat deyildi, teatra olan çox səhv bir münasibət idi" - VİDEOMədəniyyət

Xalq artisti: "Bu, islahat deyildi, teatra olan çox səhv bir münasibət idi" - VİDEO

"İstedadsız insana kömək etməklə heç nə əldə etmək olmur. Lakin bu gün vəziyyət dəyişdiyi üçün gənclərə münasibət də dəyişib. Mənə elə gəlir ki, bu gün gənclərimiz var ki, onlara dəstək lazımdır, lakin o dəstək yetərincə deyil".

Bu gün
11:080
"Akinak" tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıbMədəniyyət

"Akinak" tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıb

Aprelin 15-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə lentə alınan "Akinak" tammetrajlı bədii filminin premyerası keçirilib.

Bu gün
00:300
"Euronews" Qarabağın musiqi ənənələrindən süjet hazırladı - VİDEOMədəniyyət

"Euronews" Qarabağın musiqi ənənələrindən süjet hazırladı - VİDEO

Qarabağın musiqi ənənələri ifaçılığı, hekayəçiliyi və improvizasiyanı birləşdirərək mədəni irsin gələcək nəsillərə ötürülməsini təmin edir.

Bu gün
23:360
Qobustanda yeni qayaüstü təsvirlər aşkar edilib - FOTOMədəniyyət

Qobustanda yeni qayaüstü təsvirlər aşkar edilib - FOTO

Qobustan Milli Tarix-Bədii Qoruğunun Kiçikdaş dağı ərazisində aparılan növbəti monitorinqlər zamanı yeni qayaüstü təsvirlər aşkar olunub.

Dünən
17:160