Son dəqiqə
Xarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏPolis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEOParisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? - VİDEOŞəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTO"Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə"Real Madrid"də nələr baş verir? - Alonsonun gedişi komandanı iki yerə bölübmüş
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Nizami yurdunda qanunları "küçə" diktə edir?
Nizami yurdunda qanunları "küçə" diktə edir?
Cəmiyyət

Nizami yurdunda qanunları "küçə" diktə edir?

30 aprel 2026
18:12
0 baxış
Paylaş:

Kubra Məhərrəmova yazır...

Kubra Məhərrəmova yazır...

Bir zamanlar adını tarix kitablarına qəhrəmanlığı ilə yazdıran Gəncə bu gün kriminal hadisələrin zənginliyi ilə xəbər saytlarında boy verir.

Gəncə orta əsrlərdə Şərqin parlaq elm və mədəniyyət ocaqlarından biri olmaqla yanaşı, iqtisadi və siyasi baxımdan böyük əhəmiyyət kəsb edib. Ticarət yollarının kəsişməsi, mədəniyyətlərin bir-birinə qarışması şəhəri məşhur və varlı edib. Təsadüfi deyil ki, Nizami Gəncəvi də bu şəhərin adını özünə təxəllüs kimi seçib.

Digər tərəfdən isə Gəncə şəhəri və onun camaatı döyüşkən və düşmənə boyun əyməyən qövm olub. Ən azı, bunu sübut edən tarixi hadisələr mövcuddur.

Sadəcə, bu iki tarixi epizodu yada sala bilərik: 1804-cü ildə Cavad xanın işğalçı rus qoşunlarına qarşı göstərdiyi müqavimət hərəkatı; 1920-ci ildə sovet işğalına qarşı gəncəlilərin göstərdiyi silahlı müqavimət - Gəncə üsyanı. Elə bu iki epizodla Gəncə şəhərinin məğrurluğunu və gəncəlilərin döyüşkənliyini, düşmən qarşısında təslim olmadığın görürük.

Lakin Gəncənin Azərbaycan tarixində daha müstəsna yeri var ki, bu da onun düz iki dəfə ölkənin paytaxtı olmasıdır. Şəddadilər sülaləsinin paytaxtı (971-1088) kimi və 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı və fəaliyyət mərkəzi kimi. Gəncə, sadəcə, Azərbaycanın böyük və tarixi şəhəri deyil, Gəncə həm də cümhuriyyət beşiyidir.

Nostalji hisslərə qapılmadan reallığa qayıdanda son illər Gəncədə baş verənlər adamı narahat etməyə bilmir. Şəhərdə kriminal hadisələrin başvermə sürəti ən yüksək səviyyədədir.

Qısa xülasə:

Narkotik dövriyyəsi: 2026-cı ilin mart ayında keçirilən əməliyyat nəticəsində "qara bazar" dəyəri 1 milyon 600 min manat olan 27 kiloqramdan çox narkotik vasitə (əsasən, heroin) aşkar edilərək dövriyyədən çıxarılıb.

Ağır cinayətlər: 2025-26-cı illərdə müxtəlif bıçaqlanma, qəsdən adamöldürmə və odlu silahdan istifadə edilməklə törədilən cinayətlər qeydə alınıb. Xüsusilə yeniyetmələr arasında baş verən bıçaqlanma halları ictimaiyyətdə geniş müzakirə olunub. Bu məsələyə ayrıca qayıdacağıq.

Kriminal elementlər: Hüquq-mühafizə orqanları tərəfindən vaxtaşırı "kriminal avtoritet" kimi tanınan şəxslərə və qruplaşma üzvlərinə qarşı əməliyyatlar keçirilir, həbs olunurlar və s.

Amma vəziyyət dəyişmir, yeniyetmə və cavanlar arasında mübahisələr çox zaman ölümlə bitir.

Bir neçəsini yadımıza salaq.

Gəncədə 2003-cü il təvəllüdlü Z.Rzayev tanışı olan 17 yaşlı yeniyetmə (Ö.Tağızadə) tərəfindən bıçaqlanaraq qətlə yetirilir (yanvar, 2026).

Şəhər ərazisindəki orta məktəblərdən birinin qarşısında 2010-cu il təvəllüdlü N.Məmmədov bel nahiyəsindən bıçaq xəsarəti alır (yanvar, 2026).

2009-cu il təvəllüdlü E.Əliyev ayaq nahiyəsindən öz dostu tərəfindən bıçaqlanır (noyabr, 2025).

"Mahrasa bağı" adlanan ərazidə yeniyetmə 18 yaşlı şəxs tərəfindən öldürülür (oktyabr, 2025).

13 yaşlı yeniyetmə K.Qurbanov dostu tərəfindən bıçaqlanır. Diqqət: 13 yaş!

Və dünənki hadisə kriminalın daha da aşağı yaş həddinə düşməsi barədə siqnal verir. Gəncə şəhərindəki 20 nömrəli orta məktəbdə 4-cü sinif şagirdi 2-ci sinif şagirdinə bədən xəsarətləri yetirib. Zərərçəkmiş şagirdin nənəsi M.N. bildirir ki, uşaq dəfələrlə həmin qız tərəfindən zorakılığa məruz qalıb:

"Uşağımı məktəbdə ilk dəfə deyil ki, incidirlər. 4-cü sinif şagirdi onu tualetdə döyüb, nəticədə o, sıyrıqlar və qançırlar alıb. Məktəb rəhbərliyinə dəfələrlə müraciət etməyimizə baxmayaraq, bu qızla bağlı heç bir tədbir görülmür".

Hadisənin icmalından belə çıxır ki, Gəncə məktəblərində bu, artıq adi hal alıb. 9-10 yaşlı uşaqlar bir-birinə qarşı zorakılıq törədir və məktəb rəhbərliyi buna adi hal kimi yanaşır.

Uşaqlar da öz növbəsində cəzasızlığı görüb zorakılığı daha da artırır və bu da bir gün bıçaqlanma və ölümlə bitir.

İndi isə sual - niyə məhz Gəncə kriminal paytaxta çevrildi?

Bu həm sosial, həm də psixoloji problemdir. Gəncədə kriminal submədəniyyətin (küçə qanunlarının) yeniyetmələr üçün cəlbedici olmasının arxasında bir sıra səbəblər durur.

İlk növbədə, "məhəllə institutu" və romantikləşdirilmiş kriminallıq. Məhəllə anlayışı əvvəllər hörmət, sədaqət, əxlaq və tərbiyə sütunları üzərində formalaşmışdısa, bu gün o, ilkin təyinatından çox uzağa gedib. Yeniyetmələr arasında sosial şəbəkədə ("TikTok", "Instagram") kriminal musiqilərin (meyxanalar, "vorovskoy" mahnılar) fonunda bıçaq və ya silah görüntüləri ilə paylaşımlar etmək trend halını alıb. Bunu onlar "sözükeçən adam" olmağın qısa yolu kimi dərk edirlər. Beynin bir küncündə isə "adam vurmaq" kiminsə həyatına son qoymaq deyil, "polojna" (yəni "qayda belədir") ideyası kimi özünə yer edir. Onlar və ətrafı buna cinayət kimi deyil, əsl kişi modelinin təsdiqi kimi yanaşırlar.

İkinci vacib məqam. Təhsilin, sosial mühitin, mədəniyyətin və hüquq qaydalarının təsirindən uzaq qalan yeniyetmələrin özünə "avtoritet" kumir axtarması qaçılmaz olur. Bu isə çox vaxt sağlam dəyərlərə deyil, zorakılığı və aqressiyanı normallaşdıran davranış modellərinə yönəlməklə nəticələnir - yəni kişi vuran-yıxan olmalı, sözünü keçirməlidir fikri qətiləşir. 202

#Cəmiyyət#Gəncə#yeniyetmə_cinayətkarlığı#məktəblərdə_zorakılıq#narkotik_dövriyyəsi#kriminal_xronika#bıçaqlanma_halları#küçə_qanunları#sosial_problemlər#təhsil#polis_əməliyyatları.

Oxşar Xəbərlər

Xarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏCəmiyyət

Xarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyat müddəti uzadılıb.

Dünən
18:560
Polis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEOCəmiyyət

Polis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEO

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantları ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan fləşmob keçiriblər.

Dünən
18:520
Şəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTOCəmiyyət

Şəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTO

Şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevaya leytenant rütbəsi verilib.

Dünən
18:440
Dünya yenidən TƏŞVİŞ İÇİNDƏ: Hantavirus nədir? - Ölümcül infeksiyanın ƏLAMƏTLƏRİCəmiyyət

Dünya yenidən TƏŞVİŞ İÇİNDƏ: Hantavirus nədir? - Ölümcül infeksiyanın ƏLAMƏTLƏRİ

Mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı Atlantik okeanında Argentinadan Kabo-Verdeyə hərəkət edən, Niderlanda məxsus "MV Hondius" kruiz gəmisində hantavirus infeksiyasının yayıldığını açıqlayıb. Son bilgilərə əsasən, gəmidə səkkiz yoluxma halı təsdiqlənib, onlardan üçü ölümlə nəticələnib. Maraqlıdır ki, əsasən, Amerika qitəsində rast gəlinən virusun əhatə dairəsi genişlənib, ona İsraildə də rast gəlinib.

Dünən
18:320