
Növbəti köç karvanı Kəlbəcərə yola salınıb - FOTO
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində aprelin 2-də Kəlbəcər şəhərinə növbəti köç yola salınıb.
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində aprelin 2-də Kəlbəcər şəhərinə növbəti köç yola salınıb.
Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, Tərtər şəhərindən yola salınan köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.
Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 113 nəfər köçürülür. Köçürülən ailələr Kəlbəcər şəhərində birinci yaşayış məhəlləsində daimi məskunlaşacaqlar.
İllərlə məcburi köçkün həyatı yaşayan kəlbəcərlilər üçün bu gün həm kədərli xatirələrin silindiyi, həm də böyük qürurun yaşandığı andır. Sakinlər bildirirlər ki, 1993-cü ilin aprelin 2-də yurdlarından ağır şəraitdə çıxmağa məcbur qaldıqları halda, 33 il sonra - elə həmin təqvim günündə Kəlbəcərə qalib bir xalqın nümayəndələri kimi qayıdırlar.
Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Kəlbəcər sakinləri, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb.
CəmiyyətPaytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB
Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər.
Cəmiyyət"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEO
Dövlət Akademik Filarmoniyasında yazıçı və şair Seyran Səxavətin 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə böyük izdiham müşahidə olunub.
CəmiyyətSürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılır
Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospekti istiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan ərazidə hərəkət məhdudlaşdırılacaq.