
Ölkəyə narkotik gətirən əsas şəxslərdən biri QANDALLANDI - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
Polis və sərhədçilərin birgə əməliyyatı zamanı 28 kq narkotik vasitə aşkarlanıb.
Polis və sərhədçilərin birgə əməliyyatı zamanı 28 kq narkotik vasitə aşkarlanıb.
Gundem.today xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, polis və sərhədçilər tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə birgə əməliyyat keçirilib.
Tədbir zamanı oğurluq və xuliqanlıq cinayətlərinə görə əvvəllər məhkum olunan Eldar Cəfərli saxlanılıb. Ondan 28 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Saxlanılan şəxsin ölkəyə qaçaq yollarla narkotik vasitələr gətirən əsas şəxslərdən biri olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalƏvvəllər işlədiyi yerdən oğurluq edən şəxs saxlanıldı
Əvvəllər işlədiyi yerdən oğurluq edən şəxs saxlanılıb.
KriminalEvinin açarını su sayğacında gizlətdi, onu tapan oğrular isə mənzili taladılar
Paytaxtın Nizami rayonunda evlərin birindən oğurluq edilib. Zərərçəkən polisə müraciətində mənzilindən naməlum şəraitdə qızıl-zinət əşyalarının və mobil telefonunun talanmasını bildirib.
Kriminalİlin ilk üç ayında neçə cinayətin üstü açılıb? - Nazir tapşırıqlar verdi - FOTO
Aprelin 21-də Daxili İşlər Nazirliyində onlayn formatda Kollegiya iclası keçirilib.
KriminalBakıda kafe sahibini bıçaqlayana hökm oxunub - FOTO
Kafe sahibini bıçaqlayaraq qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Ağa Cəfərovun məhkəməsi yekunlaşıb.