
"Ömrümdə belə hadisə görməmişdim" - Qubada qarın hündürlüyü üç metri keçib - VİDEO
Son günlər Quba rayonunun ucqar yaşayış məntəqələrində qarlı hava şəraiti müşahidə olunur.
Son günlər Quba rayonunun ucqar yaşayış məntəqələrində qarlı hava şəraiti müşahidə olunur.
Gundem.today Baku TV-yə istinadən xəbər verir ki, Susay-Xınalıq avtomobil yolunun bəzi hissələrində qarın hündürlüyü üç metrə çatıb.
Verilən məlumata görə, digər ərazilərdə isə qar örtüyünün hündürlüyü hətta dörd metrə qədər yüksəlib.
Kənd sakinlərinin sözlərinə görə, son 10-15 ildə bölgədə belə güclü qar müşahidə olunmayıb.
"Son illərdə belə qar olmayıb. Haradasa 10-15 ildir ki, bu cür hava şəraiti ilə rastlaşmamışıq. Qarın hündürlüyü üç metri keçib. Artıq üç gündür ki, yolun təmizlənməsi işləri davam etdirilir", - deyə kənd sakini bildirib.
Digər sakin isə qeyd edib ki, indiyədək belə hadisənin şahidi olmayıblar: "Mənim 30 yaşım var. Bu vaxta qədər belə bir hadisə görməmişik. Qar çox güclü yağır. Hazırda yuxarı istiqamətdə qarın daha da intensiv yağması ehtimalı yüksəkdir. Yüksəklik artdıqca qarın hündürlüyü daha da artır".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətQarabağ və Şərqi Zəngəzurda 4 min kilometrə yaxın avtomobil yolu çəkiləcək - VİDEO
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 68 layihə üzrə ümumi uzunluğu 3 878.1 km olan yol tikinti işlərinin aparılması nəzərdə tutulur.
CəmiyyətMotosikletçi ilə dalaşan sabiq vəzifəli şəxs vəfat etdi - FOTO
Prezident Sarayının Təminatı şöbəsinin müdiri Sultan Dadaşov vəfat edib.
CəmiyyətSabah 21 dərəcə isti olacaq - 17.04.2026
Azərbaycanda aprelin 17-nə gözlənilən hava şəraiti açıqlanıb.
CəmiyyətYasamalda sakinlər təhlükə siqnalı verirlər - "Melissa Group"a daxil olan MTK ilə bağlı şikayət
"Melissa Group" tikinti şirkətinə daxil olan "ASP" MTK ilə bağlı redaksiyamıza sakinlər tərəfindən şikayət daxil olub.