
Ötən il fermerlərə 280 milyon manat ödənilib - RƏSMİ - FOTO
"2025-ci ildə fermerlərə 280 milyon manatdan çox əkin subsidiyası ödənilib, onminlərlə istehsalçı dövlət dəstəyi ilə əhatə olunub".
"2025-ci ildə fermerlərə 280 milyon manatdan çox əkin subsidiyası ödənilib, onminlərlə istehsalçı dövlət dəstəyi ilə əhatə olunub".
Gundem.today xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, eyni zamanda, güzəştli kredit və lizinq mexanizmləri vasitəsilə aqrar sahəyə 100 milyon manatdan artıq maliyyə resursu yönəldilib, minlərlə fermerlərin, aqrar sahibkarların fəaliyyəti dəstəklənib.
"Bununla yanaşı, biz kənd təsərrüfatında rəqəmsallaşmanı və innovasiyaları prioritet istiqamət kimi inkişaf etdiririk. Elektron xidmətlərin genişləndirilməsi, məlumatlara əsaslanan qərarvermə sistemlərinin tətbiqi və süni intellekt əsaslı həllərin inkişafı fermerlərimizin məhsuldarlığını və dayanıqlığını artırmaq məqsədi daşıyır".
Nazir əlavə edib ki aqrobiznesin inkişafı ölkənin aqrar siyasətinin əsas sütunlarından biri olmaqla, davamlı iqtisadi artımın və kənd yerlərinin dayanıqlı inkişafının təmin edilməsində strateji rol oynayır:
"Bu istiqamətdə həyata keçirilən islahatlar və dəstək mexanizmləri artıq konkret nəticələr verməkdədir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatMərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6.5% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
İqtisadiyyatMuxtar Babayev: "Son 30 ildə iqlim hadisələri kənd təsərrüfatına 3 trilyon dollar zərər vurub"
"Dünyada son 30 ildə iqlim hadisələri kənd təsərrüfatına 3 trilyon ABŞ dolları zərər vurub. Bu, hər il təxminən 100 milyard dollardan artıq itkidir. Qeyd edilən fakt bir daha göstərir ki, iqlim riskləri ərzaq təhlükəsizliyi və iqtisadi sabitlik üçün çox ciddi bir çağırışa çevrilir".
İqtisadiyyatAzərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti ucuzlaşıb.
İqtisadiyyatNağdsız əməliyyatların sayı niyə azalıb? - VİDEO
2025-ci ilin sonuncu rübü ilə müqayisədə 2026-cı ilin birinci rübündə ölkədaxili nağdsız əməliyyatların həcmi 500 milyon manat azalıb.