
Özünüməşğulluq proqramına cəlb olunan qadınların sayı açıqlanıb
Özünüməşğulluq proqramına cəlb olunan qadınların sayı açıqlanıb.
Özünüməşğulluq proqramına cəlb olunan qadınların sayı açıqlanıb.
Gundem.today xəbər verir ki, bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda keçirilən konfransda çıxışı zamanı məlumat verib.
O bildirib ki, 2016-cı ildən nazirlik tərəfindən icra edilən özünüməşğulluq proqramı dayanıqlı məşğulluğun təmin olunması, ailə gəlirlərinin artması və ümumilikdə sosial-iqtisadi inkişafın gücləndirilməsi baxımından mühüm rol oynayan təsirli vasitələrdən biridir:
"Ümumilikdə proqrama cəlb olunmuş 113 min nəfərdən 31%-ni (35 min) qadınlar təşkil edir və son illərdə bu layihəyə cəlb olunanların tərkibində xanımların payı daha da artmaqdadır. Təkcə 2026-cı ilin 3 ayı ərzində proqrama cəlb olunan 228 nəfərdən yarıdan çoxunu (115 nəfər) məhz qadınlar təşkil edib.
İnsan kapitalının inkişafına, rəqabətqabiliyyətli işçi qüvvəsinin formalaşdırılmasına və dayanıqlı məşğulluğun təmin olunmasına xidmət edən əsas istiqamətlərdən biri də peşə hazırlığı proqramıdır".
Nazir əlavə edib ki, 2018-ci ildən etibarən peşə hazırlığına cəlb edilmiş 59 mindən çox şəxsin 61%-ni (36 min nəfər) qadınlar təşkil edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏ
Azərbaycan Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyat müddəti uzadılıb.
CəmiyyətPolis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEO
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantları ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan fləşmob keçiriblər.
CəmiyyətŞəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTO
Şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevaya leytenant rütbəsi verilib.
CəmiyyətDünya yenidən TƏŞVİŞ İÇİNDƏ: Hantavirus nədir? - Ölümcül infeksiyanın ƏLAMƏTLƏRİ
Mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı Atlantik okeanında Argentinadan Kabo-Verdeyə hərəkət edən, Niderlanda məxsus "MV Hondius" kruiz gəmisində hantavirus infeksiyasının yayıldığını açıqlayıb. Son bilgilərə əsasən, gəmidə səkkiz yoluxma halı təsdiqlənib, onlardan üçü ölümlə nəticələnib. Maraqlıdır ki, əsasən, Amerika qitəsində rast gəlinən virusun əhatə dairəsi genişlənib, ona İsraildə də rast gəlinib.