
Parisdə bələdiyyə binasına hücum edildi - SEÇKİSONRASI TƏXRİBAT?
Parisin cənub hissəsində yerləşən Fren (Fresnes) kommunasında bir qrup naməlum şəxs bələdiyyə binasına basqın edərək otaqları darmadağın edib.
Parisin cənub hissəsində yerləşən Fren (Fresnes) kommunasında bir qrup naməlum şəxs bələdiyyə binasına basqın edərək otaqları darmadağın edib.
Gundem.today xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
Xəbərə əsasən, insidentdə üzlərini maska ilə gizlədən 20-yə yaxın adam iştirak edib.
Basqınçılar əvvəlcə meriya binasına pirotexniki vasitələr atıb, daha sonra əsas qapını qıraraq içəri daxil olublar, mebelləri sındıraraq bir neçə otağı bərbad hala salıblar.
Qeyd olunur ki, otaqlardan hər hansı sənəd və ya qiymətli əşya oğurlanmayıb.
Təxribatçılar ərazidən uzaqlaşarkən yaxınlıqdakı sürücülük məktəbinin şüşəsini sındıraraq oradan bir skuter oğurlayıblar.
Media qurumlarının yaydığı məlumata görə, ölkədə bu yaxınlarda baş tutan bələdiyyə seçkiləri nəticəsində həmin kommunanın sabiq meri, solçu partiyanın təmsilçisi Mari Çavanon sağçı Respublikaçılar partiyasından olan rəqibi Kristof Karlyerə məğlub olub. Karlyerin martın 28-də təşkil olunacaq bələdiyyə şurasının iclası zamanı rəsmən mer postuna təsdiq edilməsi planlaşdırılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaRusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb
Rusiya hərbçiləri Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüblər.
DünyaKonqresin üzvlərinə Kral III Çarlzla görüş üçün sərt təlimatlar verilib?
ABŞ Konqresinin üzvlərinə Böyük Britaniya Kralı III Çarlzla görüş zamanı riayət edilməsi vacib olan sərt etiket təlimatları təqdim edilib.
DünyaQazaxıstanda MDB-nin ən böyük kölgə kriptovalyuta xidmətlərindən biri ləğv edildi
Qazaxıstan Respublikasının Maliyyə Monitorinqi Agentliyi (FMA) MDB məkanında fəaliyyət göstərən nəhəng qeyri-qanuni kriptovalyuta platforması olan "RAKS Exchange"in bağlandığını elan edib. Qeyd olunan təşkilat rəqəmsal vəsaitlərdən istifadə edərək pulların nağdlaşdırılması və qeyri-qanuni yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılması ilə məşğul olub.
DünyaABŞ Kubanı xarici kəşfiyyat xidmətlərinə şərait yaratmaqda günahlandırır
ABŞ Dövlət katibi Marko Rubio Kuba rəhbərliyini Birləşmiş Ştatların rəqibləri olan dövlətlərin kəşfiyyat xidmətləri nümayəndələrinə öz ərazisindən istifadəyə şərait yaratmaqda günahlandırıb.