
"Pasxa atəşkəsi": Kiyev Moskvaya qarşılıq verdi
Prezident Volodimir Zelenski Rusiyanın elan etdiyi "Pasxa atəşkəsi"nə cavab olaraq Ukraynanın analoji addım atmağa hazır olduğunu bildirib.
Prezident Volodimir Zelenski Rusiyanın elan etdiyi "Pasxa atəşkəsi"nə cavab olaraq Ukraynanın analoji addım atmağa hazır olduğunu bildirib.
Gundem.today "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə o, öz "Telegram" kanalında yazıb.
Zelenski qeyd edib ki, Ukrayna dəfələrlə Pasxa bayramı günlərində atəşkəs təklif edib və indi buna uyğun hərəkət edəcək.
"İnsanlara təhdidsiz Pasxa və sülhə doğru real irəliləyiş lazımdır. Rusiyanın Pasxadan sonra da zərbələrə qayıtmamaq şansı var", - deyə Ukrayna lideri bildirib.
Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin pravoslav Pasxası ilə əlaqədar aprelin 11-də saat 17:00-dan aprelin 12-si günün sonunadək bütün istiqamətlər üzrə döyüş əməliyyatlarının dayandırılması barədə göstəriş verib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaDünyanın ən hündür yaşayış olmayan binası: 18 il sonra tikintisi başa çatır - FOTO
Çində tikintisi 18 ildir davam edən və 596 metr hündürlüyü ilə dünyanın ən hündür binalarından biri olacağı gözlənilən "Goldin Finance 117" göydələnində işlər başa çatmaq üzrədir.
DünyaSüni intellekt dünyasında ŞOK: "ChatGPT"nin taleyi apreldə həll olunacaq
"ChatGPT" platformasının yaradıcısı olan "OpenAI" şirkətində hazırda ciddi qeyri-sabitlik hökm sürür.
DünyaMelaniya Tramp Konqresə "Epşteyn işi" ilə bağlı çağırış edib
ABŞ-nin birinci xanımı Melaniya Tramp Konqresi "Epşteyn işi" ilə bağlı bütün detalları üzə çıxarmaq üçün tədbirlər görməyə çağırıb.
Dünya"Ginnes" rekordçusu: Dünyanın ən yaşlı quşu öldü
ABŞ-də dünyanın ən qoca göyərçini hesab edilən "Şuqar" 44 yaşında həyatını itirib.