
Paytaxt yollarında dayanacaq problemi: Taksi sürücüləri sərnişinləri harada mindirib-düşürməlidirlər? - VİDEO
Bakı küçələrində müşahidə olunan parkinq çatışmazlığı həm sürücülər, həm də sərnişinlərin ciddi narazılığına səbəb olur.
Bakı küçələrində müşahidə olunan parkinq çatışmazlığı həm sürücülər, həm də sərnişinlərin ciddi narazılığına səbəb olur.
Gundem.today Xəzər TV-yə istinadən xəbər verir ki, əsas prospektlərdə sağ və sol zolaqların tamamilə avtomobillərlə dolması nəqliyyatın hərəkətini çətinləşdirir.
Xüsusilə taksi sürücüləri bildirirlər ki, sərnişin mindirib-düşürmək üçün müəyyən edilmiş parkinq yerlərinin dolması onları çətin vəziyyətdə qoyur. İkinci zolaqda avtomobil saxladıqda isə cərimə ilə üzləşmələri qaçılmaz olur. Sürücülər qeyd edirlər ki, sıxlıq olan prospektlərdə bu problem daha çox yaşanır və çıxılmaz vəziyyət yaradır.
Nəqliyyat məsələləri üzrə ekspertlər isə problemin həlli üçün sözügedən yollarda infrastruktur dəyişikliklərinin zəruri olduğunu vurğulayırlar. Onların fikrincə, mövcud yol şəbəkəsi tələbata uyğunlaşdırılmalı və alternativ dayanacaq yerləri müəyyən edilməlidir.
Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) ünvanlanan sorğu cavabsız qalıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyətİctimai məsuliyyətsizlik və sosial medianın yaratdığı fəsadlar - VİDEO
Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.
CəmiyyətAzərbaycana qarğıdalı idxalı kəskin azaldı: Səbəb nədir?
Bu ilin yanvar ayında ölkəyə 1.4 milyon dollar dəyərində 7 580 ton qarğıdalının idxal edilməsi əvvəlki illərlə müqayisədə ciddi azalma deməkdir. Statistik rəqəmlər göstərir ki, idxal ötən ilin eyni dövrü ilə müqayisədə həm dəyər, həm də həcm baxımından kəskin şəkildə geriləyib. Belə ki, dəyər ifadəsində 66.5 faiz, miqdar ifadəsində isə 62.4 faiz azalma qeydə alınıb. Halbuki 2025-ci ilin yanvarında ölkəyə 4.2 milyon dollar dəyərində 20 168 ton qarğıdalı gətirilmişdi. Bəs, görəsən, idxal azalırsa,
CəmiyyətBakıda zamanın toxunmadığı məhəllə: İnqilabçının adını daşıyan ərazidən REPORTAJ
Bakının Nərimanov rayonunda elə bir ərazi var ki, rəsmi sənədlərdə adı çoxdan dəyişdirilsə də, sakinlərin yaddaşında və gündəlik dilində hələ də "Montin" kimi qalır. İllər keçsə də, bu məhəllənin ruhu və insanların ona olan bağlılığı dəyişməz olaraq qalır.
CəmiyyətBakıda zamanın toxunmadığı məhəllə: İnqilabçının adını daşıyan ərazidən REPORTAJ - VİDEO
Bakının Nərimanov rayonunda elə bir ərazi var ki, rəsmi sənədlərdə adı çoxdan dəyişdirilsə də, sakinlərin yaddaşında və gündəlik dilində hələ də "Montin" kimi qalır. İllər keçsə də, bu məhəllənin ruhu və insanların ona olan bağlılığı dəyişməz olaraq qalır.