Son dəqiqə
Polşada ABŞ-nin hərbi kontingentinin sayı artırılırAzərbaycanın 18-ci dayanıqlı milli inkişaf məqsədinin hədəfləri hansılardır?Bakıda qaydanı pozan sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO"Gəncə KOB evi"ndə sahibkarlara YENİ İMKANLAR: 35 dövlət qurumunun 300-dən çox XİDMƏTİ - FOTODövlət Statistika Komitəsi sədrinə müşavir təyin edilib - FOTO"Azəriqaz"ın departament rəisi 39 yaşında vəfat etdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Perinatal Mərkəzin sabiq direktoru: "TƏBİB-ə iki ay yalvardım"
Perinatal Mərkəzin sabiq direktoru: "TƏBİB-ə iki ay yalvardım"
Kriminal

Perinatal Mərkəzin sabiq direktoru: "TƏBİB-ə iki ay yalvardım"

Dünən
12:20
1 baxış
Paylaş:

Respublika Perinatal Mərkəzində yeddi körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Respublika Perinatal Mərkəzində yeddi körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə mərkəzin təqsirləndirilən sabiq direktoru Mehriban Abasquliyevanın ifadəsi dinlənilib.

M.Abasquliyeva deyib ki, əvvəlki direktorla təhvil-təslim aparılan zaman yanğın siqnalizasiya sistemi işlək olmayıb və o bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) məlumat verib.

O, mövcud problemlərlə mərkəzin necə fəaliyyət göstərməsi ilə bağlı suala cavab verərkən söyləyib ki, 14 il ərzində mərkəzin yanğın siqnalizasiya sistemi işləməsə də, mərkəz işini davam etdirib:

"Mənim mərkəzin fəaliyyətini dayandırmaq, xəstələri qəbul etməmək kimi səlahiyyətim yox idi. Bütün xəstəxanalar xəstələri Səhiyyə Nazirliyinin 2013-cü il 24 saylı əmrinə əsasən qəbul edir. Mərkəzdə kənddən gələn qadınlar da var idi. Yerli xəstəxanalar onları qəbul edir, lazım olduğu təqdirdə bizə göndərirdilər. Tibb müəssisəsinin kateqoriyasının artırılması ilə bağlı müraciət etməmişəm. O bizim səlahiyyətimizdə deyil, prosedurun necə olduğunu bilmirdim. Bizdə olan küvəzlərin sayı barədə məlumat TƏBİB-də var idi. Biz küvəz sifariş verə bilmirdik, TƏBİB-dən göndərilirdi. "WhatsApp" qrupu var idi, qrupun inzibatçısı TƏBİB-in mütəxəssisi idi, xəstələr göndəriləndə həmin qrupa yazılırdılar".

M.Abasquliyeva onu da bildirib ki, onun hər hansı bir tibbi avadanlıq almaq səlahiyyəti olmayıb:

"Mən 2022-ci ilin, eləcə də 2024-cü ilin büdcəsində iştirak etməmişəm. Əgər alınacaq avadanlıq kiçik büdcə ilə həll olunurdusa, mən ala bilirdim. Bu səbəblərdən mərkəzin mühasibi işləyə bilməyəcəyini bildirərək işdən ayrılmışdı. Mən TƏBİB-ə iki ay yalvardım ki, bizə mühasib göndərsinlər".

Onun sözlərinə görə, direktor təyin ediləndən sonra TƏBİB-in İdarə Heyətinin sədri mərkəzdə olub:

"Fevral ayında böyük yoxlama gəldi. Bizə TƏBİB-dən gələnlər problemlərlə bağlı aktlar yazmışdılar, mən həmin aktları görməmişəm. Yeni otaqların açılması ilə bağlı TƏBİB-ə məlumat verilmişdi. Özləri də gəlib həmin otaqları görmüşdülər. TƏBİB-in mütəxəssisi daim mərkəzə gəlirdi. Mərkəzdə elektrik yuvalarının işləməməsi ilə bağlı mənə məlumat verilməmişdi, məlumat verilsəydi, təmir etdirərdik".

Növbəti iclas aprelin 15-nə təyin olunub.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində yeddi yenidoğulmuş ölüb, dörd nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan dəyib.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, istintaqla Fövqəladə Hallar Nazirliyi tərəfindən mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində Respublika Perinatal Mərkəzi, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.

Elgün Həsənli

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Respublika_Perinatal_Mərkəzi#Tibbi_Ərazi_Bölmələrini_İdarəetmə_Birliyi_(TƏBİB)#Səhiyyə_Nazirliyi#Baş_Prokurorluq#Bakı_Ağır_Cinayətlər_Məhkəməsi#Cinayət_Məcəlləsi

Oxşar Xəbərlər

Azərbaycanda torpaqları dəyərindən ucuz satan vəzifəli şəxsə cinayət işi açılıbKriminal

Azərbaycanda torpaqları dəyərindən ucuz satan vəzifəli şəxsə cinayət işi açılıb

Abşeron rayonu, Fatmayı Bələdiyyəsinin sədri Nəsir Nəsirlinin qanunsuz əməlləri barədə Ədliyyə Nazirliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Bu gün
10:520
Məhkəmədə etiraf: "65 min manatı səhhətimə görə almışam"Kriminal

Məhkəmədə etiraf: "65 min manatı səhhətimə görə almışam"

Külli miqdarda mənimsəmədə təqsirləndirilən "Azərşəkər" MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, onunla birlikdə ittiham olunan Əvəz Süleymanov və Ruslan Ələsgərovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bu gün
20:121
"Elmira cadugərliklə məşğul idi" - Bakıxanovda öldürülən şəxsin anası danışdıKriminal

"Elmira cadugərliklə məşğul idi" - Bakıxanovda öldürülən şəxsin anası danışdı

Bakının Sabunçu rayonunda ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Bu gün
18:481
Müəllimlərə qarşı dələduzluq edən şəxsə hökm oxundu - FOTOKriminal

Müəllimlərə qarşı dələduzluq edən şəxsə hökm oxundu - FOTO

Bakıda orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcəyi ilə bağlı yalan vəd verərək dələduzluq etməkdə təqsirləndirilən Zaur Mustafayevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Bu gün
17:480