
Peruda mikroavtobusla yük maşını toqquşdu: 13 nəfər öldü - VİDEO
Perunun cənubundakı Arekipa-Puno magistral yolunda mikroavtobusla yük maşınının toqquşması nəticəsində 13 nəfər həlak olub.
Perunun cənubundakı Arekipa-Puno magistral yolunda mikroavtobusla yük maşınının toqquşması nəticəsində 13 nəfər həlak olub.
Gundem.today xəbər verir ki, bu barədə "Diario Correo" nəşri yerli polisə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, 11 nəfər hadisə yerində ölüb. Daha iki zərərçəkən xəstəxanaya aparılarkən yolda keçinib.
Hadisə ilə bağlı araşdırma aparılır, magistralın həmin hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaErmənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi
"Nestle" şirkətinin "NAN" markalı 9.7 ton həcmində uşaq qidası partiyası Ermənistanda təhlükəli hesab olunaraq məhv edilib.
DünyaMacarıstanda yeni hökumətin tərkibi məlum olub
Macarıstanda parlament seçkisində qalib gələn "Tisa" partiyasının lideri Peter Madyar Anita Orbanı xarici işlər naziri təyin edib.
DünyaCənubi Koreyada yük maşını etirazçıları vurub: Ölən və xəsarət alanlar var
Cənubi Koreyanın Cinju şəhərində yük avtomobili etiraz aksiyası zamanı insanların arasına daxil olub, insident nəticəsində bir nəfər həyatını itirib, daha iki nəfər isə xəsarət alıb.
DünyaTramp İranın üzərinə çox sayda bomba yağdırmaqla hədələdi
"Əgər atəşkəs müddəti bitdikdən sonra ölkələr razılığa gələ bilməsələr, İranın üzərinə çox sayda bomba yağacaq".