
Qonşunu təcavüzdə ittiham edən ana: "Qızımın hamilə olduğunu xəstəxanada öyrəndim" - VİDEO
Ucarda yeniyetmə qız uşaq dünyaya gətirib. Məlumata görə, 15 yaşlı rayon sakini Ucar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib.
Ucarda yeniyetmə qız uşaq dünyaya gətirib. Məlumata görə, 15 yaşlı rayon sakini Ucar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib.
Gundem.today xəbər verir ki, bu barədə APA TV-nin videomaterialında məlumat verilib.
Hadisə ilə əlaqədar yeniyetmənin anası bildirib ki, baş verənlərdə qonşuları günahkardır: "Bu barədə heç bir məlumatım olmayıb. Martın 31-də qızımı Ağdaşda həkim müayinəsinə apardıqda hamilə olduğunu öyrəndim. Qızım hadisəni törədən şəxsin qonşumuz olduğunu bildirib. O, qızıma təcavüz edib. Biz ailəvi dost idik, mütəmadi olaraq bir-birimizin evinə gedib-gəlirdik".
Ananın ittihamlarına cavab verən qarşı tərəfin atası isə oğlunun günahsız olduğunu iddia edib: "Məsələ ilə bağlı altı-yeddi nəfər izahat vermək üçün polis şöbəsinə çağırılıb. DNT analizi cavabı hər şeyi aydınlaşdıracaq. Mənim övladımın üzərinə şər atırlar".
"Sosial şəbəkələrdə Ucar rayonunda yetkinlik yaşına çatmayan şəxsin uşaq dünyaya gətirməsi ilə bağlı yayılan məlumat əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq araşdırmalara başlanılıb".
Bu məlumat Gundem.today-a açıqlamasında Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
"Yerli icra hakimiyyəti orqanının təqdim etdiyi məlumata əsasən, yetkinlik yaşına çatmayan şəxs və yeni doğulmuş körpə hazırda tibb müəssisəsindədir, onların vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma davam etdirilir və nəticəsindən asılı olaraq yeniyetmənin valideynlərinin məsuliyyəti məsələsinə hüquqi qiymət veriləcək.
Bununla yanaşı, yetkinlik yaşına çatmayan şəxsin və körpənin hüquqlarının qorunması, onların sosial və psixoloji dəstəklə təmin olunması istiqamətində zəruri tədbirlər davam etdirilir", - deyə T.Mərdanoğlu bildirib.
Əzizə İsmayılova
Ucar rayonunda 15 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Gundem.today-ın sorğusuna DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Məlumatda bildirilir ki, daxil olan məlumata görə rayon polis idarəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Samir Əli
Ucarda yeniyetmə uşaq dünyaya gətirib.
Gundem.today APA-ya istinadən xəbər verir ki, rayon sakini 15 yaşlı yeniyetmə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən xəbərə görə, aprelin 14-də saat 19 radələrində 2011-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub.
Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20-də cinsi kişi, çəkisi 1900 qram, boyu 44 sm uşaq dünyaya gətirib.
Ana və uşağın vəziyyəti dəyərləndirilərək, müvafiq klinik protokollara uyğun zəruri tibbi yardım göstərilib. Zahı kafi vəziyyətdə aprelin 17-də mama-ginekoloq nəzarəti altında ambulator müalicə üçün evə yazılıb.
Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏ
Azərbaycan Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyat müddəti uzadılıb.
CəmiyyətPolis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEO
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantları ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan fləşmob keçiriblər.
CəmiyyətŞəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTO
Şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevaya leytenant rütbəsi verilib.
CəmiyyətDünya yenidən TƏŞVİŞ İÇİNDƏ: Hantavirus nədir? - Ölümcül infeksiyanın ƏLAMƏTLƏRİ
Mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı Atlantik okeanında Argentinadan Kabo-Verdeyə hərəkət edən, Niderlanda məxsus "MV Hondius" kruiz gəmisində hantavirus infeksiyasının yayıldığını açıqlayıb. Son bilgilərə əsasən, gəmidə səkkiz yoluxma halı təsdiqlənib, onlardan üçü ölümlə nəticələnib. Maraqlıdır ki, əsasən, Amerika qitəsində rast gəlinən virusun əhatə dairəsi genişlənib, ona İsraildə də rast gəlinib.