
Peşə hazırlığı kursları niyə GEC BAŞLAYIR? - Rəsmi AÇIQLAMA
"Dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində 170-dən çox özəl tədris müəssisəsində peşə hazırlığı kursları təşkil olunur. Dövlət Məşğulluq Agentliyi həmin müəssisələrlə əməkdaşlıq edir. Eyni zamanda agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağda yerləşən dörd peşə hazırlığı mərkəzi fəaliyyət göstərir və bu mərkəzlərdə də kurslar keçirilir".
"Dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində 170-dən çox özəl tədris müəssisəsində peşə hazırlığı kursları təşkil olunur. Dövlət Məşğulluq Agentliyi həmin müəssisələrlə əməkdaşlıq edir. Eyni zamanda agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağda yerləşən dörd peşə hazırlığı mərkəzi fəaliyyət göstərir və bu mərkəzlərdə də kurslar keçirilir".
Gundem.today xəbər verir ki, bu fikirləri Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığının təşkili şöbəsinin müdiri Fərid Həsənov deyib.
O bildirib ki, vətəndaşların kursların gec başlaması və ya müsahibə mərhələsi ilə bağlı narazılığı bir neçə səbəbdən qaynaqlanır:
"Bəzi peşələr üzrə əmək bazarında tələbat olmur. Bu isə o demək deyil ki, həmin sahələrə ümumiyyətlə ehtiyac yoxdur. Sadəcə, müraciət olunan dövrdə həmin peşə üzrə aktuallıq aşağı olur. Digər səbəb isə kursların iştirakçı sayına əsasən formalaşdırılmasıdır. Yəni iki-üç nəfərlə deyil, minimum 11-12 nəfərin müraciəti olduqda kurslar təşkil edilir. Burada əsas məqsəd müddət deyil, keyfiyyətdir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyətİstirahət günü hava necə olacaq? - 19.04.2026
Azərbaycanda aprelin 19-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
CəmiyyətNazirlikdən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar ƏHALİYƏ MÜRACİƏT
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hün
CəmiyyətGeneral Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.
CəmiyyətHava ilə bağlı yol polisindən sürücülərə MÜRACİƏT
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, həftəsonu paytaxta və respublikanın ayrı-ayrı rayonlarında havanın küləkli olacağı, yağış yağacağı gözlənilir. Qeyd edilən əlverişsiz hava yol hərəkəti təhlükəsizliyi baxımından sürücülərdən daha diqqətli olmağı tələb edir.