Son dəqiqə
Türkiyədə təhlükəli anlar: Yük maşınındakı konteyner havaya uçdu - FOTO - VİDEOTehrandan Ağ Evin tələblərinə sərt reaksiya: İran yorucu və faydasız danışıqlara vaxt itirməyəcəkNATO Baş katibi Mark Rutte ABŞ-nin alyansdan çıxacağına inanmırGeneral Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI - SƏBƏBİ məlum olduKeçmiş məhkum iki min manatlıq oğurluğu necə həyata keçirdi? - VİDEOYer kürəsində maqnit fırtınası başlayıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Hörmüz boğazı ilə bağlı sevinc uzun çəkmədi
Hörmüz boğazı ilə bağlı sevinc uzun çəkmədi
Dünya

Hörmüz boğazı ilə bağlı sevinc uzun çəkmədi

Bu gün
12:52
0 baxış
Paylaş:

İran Silahlı Qüvvələri Hörmüz boğazı üzərində nəzarəti yenidən bərpa edib.

İran Silahlı Qüvvələri Hörmüz boğazı üzərində nəzarəti yenidən bərpa edib.

Gundem.today xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi İran Silahlı Qüvvələrinin mərkəzi qərargahının mətbuat katibinin açıqlamasına istinadən xəbər yayıb.

"Əvvəllər danışıqlar yolu ilə əldə edilən razılaşmalara uyğun olaraq, İran İslam Respublikası məhdud sayda neft tankerinin və ticarət gəmisinin Hörmüz boğazından nəzarət altında keçməsinə razılıq verib. Təəssüf ki, ABŞ dəfələrlə vədlərini pozaraq, blokada adı altında quldurluq və soyğunçuluğa davam edib. Bu səbəbdən Hörmüz boğazına nəzarət əvvəlki vəziyyətinə qayıdıb və bu strateji əhəmiyyətli boğaz ciddi hərbi nəzarət altındadır", - deyə açıqlamada qeyd olunub.

Qərargahdan xüsusi olaraq vurğulanıb ki, ABŞ tərəfi İran gəmilərinin keçidinə mane olmağa son qoymayana qədər Hörmüz boğazındakı vəziyyət ciddi nəzarət altında qalmaqda davam edəcək.

Xatırladaq ki, Hörmüz boğazının açılması barədə məlumatı ötən gün axşam saatlarında İranın xarici işlər naziri Abbas Əraqçı sosial şəbəkə hesabında vermişdi.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran#ABŞ#Hörmüz_boğazı#Silahlı_Qüvvələr#blokada#Mehr_agentliyi#İran_gəmiləri#strateji_boğaz#hərbi_nəzarət.

Oxşar Xəbərlər

Türkiyədə təhlükəli anlar: Yük maşınındakı konteyner havaya uçdu - FOTO - VİDEODünya

Türkiyədə təhlükəli anlar: Yük maşınındakı konteyner havaya uçdu - FOTO - VİDEO

Türkiyənin Hatay vilayətinin İskəndərun rayonunda güclü fırtına hərəkət halında olan yük maşınındakı konteyneri uçurub.

Bu gün
14:140
Tehrandan Ağ Evin tələblərinə sərt reaksiya: İran yorucu və faydasız danışıqlara vaxt itirməyəcəkDünya

Tehrandan Ağ Evin tələblərinə sərt reaksiya: İran yorucu və faydasız danışıqlara vaxt itirməyəcək

İran hələ ABŞ ilə növbəti danışıqlar raunduna razılıq verməyib.

Bu gün
14:080
NATO Baş katibi Mark Rutte ABŞ-nin alyansdan çıxacağına inanmırDünya

NATO Baş katibi Mark Rutte ABŞ-nin alyansdan çıxacağına inanmır

NATO-nun baş katibi Mark Rütte ABŞ-nin Şimali Atlantika Alyansı Təşkilatını həqiqətən tərk edə biləcəyinə şübhə ilə yanaşır.

Bu gün
14:020
Küveyt hava məkanı ilə bağlı qərarDünya

Küveyt hava məkanı ilə bağlı qərar

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından sonra fevralın 28-də bağlanan Küveyt hava məkanı ardıcıl 50-ci sutka (gün) bağlı qalacaq.

Bu gün
13:380