
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib - VİDEO
Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.
Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.
Gundem.today xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edib.
Tovuz şəhər stadionundakı qarşılaşma heç-heçə bitib - 1:1.
Meydan sahiblərinin heyətində 22-ci dəqiqədə Rəhim Sadıxov, qonaqlardan 63-cü dəqiqədə Davit Volkov fərqləniblər.
Tovuz klubu 56 xalla üçüncü, "Zirə" 46 xalla dördüncü pillədə qərarlaşıb.
Bu gün futbol üzrə Misli Premyer Liqasında 29-cu tura yekun vurulacaq.
Gundem.today xəbər verir ki, son oyun günündə iki matç keçiriləcək.
Günün ilk qarşılaşmasında "Turan Tovuz" öz meydanında "Zirə"ni qəbul edəcək. Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşma saat 18:00-da start götürəcək. "Turan Tovuz" klubu 28 turdan sonra 55 xalla üçüncü, "Zirə" isə 45 xalla dördüncü yerdə qərarlaşıblar.
Günün digər qarşılaşmasında isə lider "Sabah" öz meydanında autsayder "Karvanı"ı qəbul edəcək. Bank Respublika Arenada keçiriləcək bu maraqlı qarşılaşma saat 20:00-da başlayacaq. "Sabah" 69 xalla turnir cədvəlində liderdir, yevlaxlılar isə 14 xalla sonuncu yerdədirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAvropa çempionu Ali Tsokayev: "Nəticə istədiyim kimi oldu"
Sərbəst güləş üzrə Avropa çempionu Ali Tsokayev (92 kq) yarışla bağlı təəssüratlarını bölüşüb.
İdmanMinifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəlib
Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəlib.
İdmanReşford və "Barselona" razılığa gəldilər
Hazırda icarə əsasında "Barselona" klubunda çıxış edən "Mançester Yunayted"in hücumçusu Markus Reşford Kataloniya təmsilçisi ilə tamhüquqlu müqaviləni razılaşdırıb.
İdmanPremyer Liqa: "Sabah" növbəti qələbəsini qazandı - VİDEO
"Sabah" komandası Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.