
Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya Respublikasına rəsmi səfər edib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya Respublikasına rəsmi səfər edib.
Gundem.today xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində nümayəndə heyəti ölkəmizin İtaliya Respublikasındakı səfirliyini ziyarət edib.
Daha sonra general-polkovnik Zakir Həsənov italiyalı həmkarı cənab Quido Krosetto ilə görüşüb.
Protokola uyğun olaraq rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad Aslanovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlər və perspektivləri müzakirə olunub.
Görüşdə, həmçinin hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov italiyalı həmkarı Qvido Krozetto ilə görüşüb.
Gundem.today xəbər verir ki, bu barədə İtaliyanın Müdafiə Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Məlumatda Azərbaycanın Avrasiya regionunda rolunun fundamental xarakter daşıdığına və ölkənin İtaliya üçün əsas müttəfiq, eləcə də enerji sektorunda strateji tərəfdaş olduğuna diqqət çəkilib.
Q.Krozetto İran dronlarının Naxçıvana hücumunu qınadığını xatırlayaraq, eyni zamanda Bakının gərginliklərin idarə olunmasında nümayiş etdirdiyi təmkin və məsuliyyət hissini təqdir etdiyini vurğulayıb.
Nazirlər söhbət zamanı ikitərəfli əməkdaşlıq, xüsusən də Silahlı Qüvvələr arasında tədris və təlim fəaliyyətlərini müzakirə ediblər. Müdafiə sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bundan əlavə, əməkdaşlıq sahələrini genişləndirmək üçün gələcək danışıqları təşviq etməyə ortaq hazırlıq təsdiqlənib.
"Həmçinin davam edən münaqişələrin regional təhlükəsizliyə təsirləri fonunda Yaxın Şərq və Cənubi Qafqazda sabitliyin qorunub saxlanılmasının vacibliyi barədə ümumi fikir bölüşülüb", - Q.Krozetto əlavə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətABŞ-İran böhranında yeni mərhələ: Moskva oyuna daxil olur - VİDEO
Vaşinqton-Tehran gərginliyinin fonunda İranın xarici işlər naziri Abbas Əraqçı Pakistan və Omana kritik səfərlər həyata keçirib. Hazırda isə diplomat Rusiyadadır.
SiyasətAndrey Babiş: "Azərbaycan Çex Respublikasının bir nömrəli neft təchizatçısıdır" - VİDEO
"Azərbaycan əlbəttə ki, bizim üçün, Çex Respublikası üçün strateji tərəfdaşdır".
SiyasətZelenskinin təklifi Azərbaycan Ordusunun gücünü necə dəyişəcək? - VİDEO
Ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana baş tutan səfəri ümumilikdə iki ölkə arasındakı mövcud strateji tərəfdaşlıq münasibətlərinin nümayişi baxımından əhəmiyyətli olsa da, verilən bəyanatlar içərisində ən çox diqqətçəkən məqam ölkələrin müdafiə sahəsində əməkdaşlığının perspektivi ilə bağlı olub.
Siyasətİlham Əliyev: "Müharibə və münaqişələrin artdığı dövrdə özümüzü müdafiə etməyə hazır olmalıyıq" - VİDEO
"Çexiya müdafiə sənayesi sahəsində özünün çox müasir və etibarlı məhsulları ilə xeyli tanınır".