
Prezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin baş prokurorunu qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkü qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkü qəbul edib.
Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru qəbula görə minnətdarlığını bildirərək, dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduqlarını deyib.
Muhsin Şentürk Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.
Söhbət zamanı qardaşlıq və strateji mütəffiqlik prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulandı, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığı qeyd edilib.
Görüşdə ölkələrimizin prokurorluq orqanları arasında uğurlu əlaqələrin qurulduğu bildirildi, bu xüsusda Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığa toxunuldu, təcrübə mübadiləsinin genişləndirilməsinin önəmi vurğulanıb.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətHikmət Hacıyev Gəncə ilə bağlı paylaşım edib - VİDEO
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Gəncə şəhəri ilə bağlı paylaşım edib.
SiyasətDünyaya səs salan hadisə - ABŞ xüsusi təyinatlıları İran ərazisinə necə sızdı? - VİDEO
İran ABŞ-nin "F-15" qırıcısını vurandan sonra SEPAH xüsusi bəyanat yayıb.
SiyasətABŞ və İsrailin İrana qarşı apardığı əməliyyatlar vacib mərhələdə - VİDEO
ABŞ-İsrail tandeminin İrana qarşı apardığı əməliyyatlar kritik mərhələdədir.
SiyasətABŞ "görünməz silah"ları işə salır - İran üçün kritik an - VİDEO
İrana qarşı ABŞ-İsrail hücumlarının quru əməliyyatları fazasına keçməzdən öncə rəsmi Tehrana verilən vaxt sona çatarkən Birləşmiş Ştatlar Mərkəzi Komandanlığının bir qərarı diqqətçəkən gündəm mövzusu olub.