
Prezident İlham Əliyevin Corcia Meloni ilə geniş tərkibdə görüşü olub - FOTO - VİDEO
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Corcia Meloni ilə geniş tərkibdə görüşü olub.
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Corcia Meloni ilə geniş tərkibdə görüşü olub.
Gundem.today AZƏRTAC-a istinadla xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
- Xanım Baş nazir, nümayəndə heyətinin üzvləri, bir daha xoş gəlmisiniz. Bizim müxtəlif aspektlər üzrə mükəmməl danışıqlarımız oldu. İndi danışıqlarımızı geniş tərkibdə davam etdirəcəyik. Əvvəlcə bizimlə bir yerdə olduğunuz üçün Sizə bir daha təşəkkür edirəm. Bu səhər, hətta dünəndən bəri necə məşğul olduğunuzu bilirəm. Ermənistandan gələrək bizi ziyarət etməyiniz çox rəmzi məna daşıyır. Bu, bir daha Azərbaycana dost münasibətin olduğunu göstərir. Bizim də İtaliyaya eyni münasibətimiz var. Sizin bugünkü səfəriniz strateji münasibətlərimizin inkişafında çox həlledici olacaq. Bir daha xoş gəlmisiniz.
İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni çıxış edərək deyib:
- Çox sağ olun, hörmətli Prezident. Burada olmaq mənim üçün şərəfdir və məndə məmnunluq hissi doğurur. Hesab edirəm ki, buraya gəlmək vacib idi, çünki Azərbaycan İtaliya üçün çox vacib tərəfdaşdır. Lakin buna baxmayaraq, mənə məlum oldu ki, 2013-cü ildən bəri İtaliyanın Baş naziri buraya səfər etməyib. Bu da mənə kifayət qədər qəribə görünür. Ona görə hesab edirəm ki, bu səfəri etmək həqiqətən vacib idi, çünki bizim əməkdaşlığımız həqiqətən də çox genişdir. Biz bir çox strateji sahələr üzrə əməkdaşlıq edirik, - əlbəttə ki, enerji, infrastruktur, bağlantı və mədəniyyət.
İtaliya Respublikası Prezidentinin Azərbaycana səfəri həm də bizim mədəni əlaqələrimizin və universitetlə bağlı aparılmış işin nümayiş etdirilməsi nöqteyi-nəzərindən əlamətdar bir hadisə idi. Lakin hesab edirəm ki, biz həmişə birlikdə daha çox iş görə bilərik. Fikrimizcə, Azərbaycan bizim beynəlxalq müstəvidə çətin vəziyyətdə olmağımıza baxmayaraq, strateji tərəfdaşımızdır. Eyni zamanda, Azərbaycan körpü rolunu oynayır. Biz bu körpünün rolunu elan etmək istəyirik. Bu körpü buradan Aralıq dənizi regionuna qədər çox uzun bir körpü ola bilər.
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Corcia Meloni ilə geniş tərkibdə görüşü olub.
Gundem.today bu barədə AZƏRTAC-a istinadla xəbər verir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətLeyla Əliyeva "Azərbaycan təbiətinin izi ilə" sərgisinin açılış mərasimində iştirak edib - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "Explore Azerbaijan with IDEA" layihəsi çərçivəsində Dənizkənarı Milli Parkda keçirilən "Azərbaycan təbiətinin izi ilə" adlı sərginin açılış mərasimində iştirak edib.
Siyasətİtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Azərbaycana səfəri başa çatıb
İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Azərbaycan Respublikasına işgüzar səfəri mayın 4-də başa çatıb.
SiyasətPrezident İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədrinin şərəfinə işçi şam yeməyi verilib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının sədri Corcia Meloninin şərəfinə işçi şam yeməyi verilib.
SiyasətDünya mətbuatı Azərbaycan Prezidentinin "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısındakı çıxışından yazır
Dünyanın bir sıra aparıcı media qurumları mayın 4-də Ermənistanın paytaxtı İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısına videobağlantı formatında qoşulan Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını geniş işıqlandırıb.