
"Qəsəbədə 4-5 min əhali yaşayır, amma avtobus xətti yoxdur" - Gəncə sakinlərindən ŞİKAYƏT - VİDEO
Gəncə şəhəri, Qırmızıkənd qəsəbəsi, Hüseyn Hüseynli küçəsinin sakinləri yolların baxımsız olması və əraziyə ictimai nəqliyyatın gəlməməsindən şikayət edirlər.
Gəncə şəhəri, Qırmızıkənd qəsəbəsi, Hüseyn Hüseynli küçəsinin sakinləri yolların baxımsız olması və əraziyə ictimai nəqliyyatın gəlməməsindən şikayət edirlər.
Sakinlərin sözlərinə görə, onların bu məsələlərlə bağlı aidiyyəti dövlət qurumlarına müraciətlərinə hələ ki müsbət reaksiya verilməyib.
"Burada 4-5 min əhali yaşayır. Amma avtobus xətti yoxdur", "Yağışlı-qarlı havalarda uşaqlarımız məktəbə gedə bilmirlər. Xahiş edirik ki, küçəmizə asfalt çəkilsin", - deyə onlar narazılıqlarını bildiriblər.
Sakinlərin şikayəti ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən Baku TV-yə bildirilib ki, onlar icra hakimiyyətində qəbul edilib, müraciətləri dinlənilib, aidiyyəti qurumların nümayəndələri tərəfindən əraziyə baxış keçirilib:
"Sakinlərə məlumat verilib ki, Gəncə şəhərində həyata keçirilən abadlıq və yenidənqurma tədbirləri çərçivəsində küçə və prospektlərin mərhələli şəkildə asfaltlanması nəzərdə tutulur. Qeyd olunan ərazidə də növbəti mərhələdə asfalt işləri görüləcək".
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, sözügedən ərazidə yol infrastrukturu qənaətbəxş deyil. Yol infrastrukturu ictimai nəqliyyat vasitələrinin təhlükəsiz və sərbəst hərəkəti, manevr etməsi üçün imkan verdiyi təqdirdə marşrutla əlaqələndirmə mərhələsinə baxıla bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"17 ildir ev vermirlər" - Gözdən əlilliyi olan qadın niyə mənzillə təmin olunmur? - VİDEO
Birinci dərəcəli gözdən əlil Zümrüd Hüseynova mənzil təminatı ilə bağlı qarşılaşdığı problemlərdən şikayətçidir.
CəmiyyətXırdalanda avtobus səki ilə hərəkət etdi - VİDEO
Xırdalanda marşrut avtobusu səki ilə hərəkət edib.
CəmiyyətBakıda məscid yaxınlığında uşaq tapıldı
Bakıda "Fatimeyi-Zəhra" məscidinin yanında iki yaşlı oğlan uşağı tapılıb.
CəmiyyətQəbələdə keçirilən WUF13 Festivalında minlərlə sakin iştirak edib
Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədilə Qəbələ şəhərində WUF13 Festivalı keçirilib.