Son dəqiqə
İtaliyada meşə yanğınları: Minlərlə insan təxliyə edildi - VİDEOMehriban Əliyeva açılışı olan İslam Səfərli küçəsindən paylaşım edib - VİDEOAna və bacısını qətlə yetirən Kainat cəzadan azad edildiMərkəzi Banka baş direktor təyin edildi: 10 oldular - FOTONiderland meşə yanğınları ilə bacarmır - İlk dəfə Avropa ölkələrindən yardım istədi"Azeronline"a yeni baş müdir təyin edilir
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Prezidentin köməkçisi: "Azərbaycan Cənubi Qafqazda davamlı sülhə sadiqdir"
Prezidentin köməkçisi: "Azərbaycan Cənubi Qafqazda davamlı sülhə sadiqdir"
Siyasət

Prezidentin köməkçisi: "Azərbaycan Cənubi Qafqazda davamlı sülhə sadiqdir"

Bu gün
15:34
0 baxış
Paylaş:

"Azərbaycan Qarabağ müharibəsi faciələrinin xatirəsini qoruyub saxlayır, lakin Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına daim sadiq qalır".

"Azərbaycan Qarabağ müharibəsi faciələrinin xatirəsini qoruyub saxlayır, lakin Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına daim sadiq qalır".

Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpus qarşısında çıxış edərkən bildirib.

"30 il ərzində Qarabağ müharibə, münaqişə və qan tökülməsi ilə assosiasiya olunurdu. Lakin Xocalı soyqırımı da daxil olmaqla, keçmişin faciələrinin xatirəsini qoruyaraq biz gələcəyə - Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın dinc gələcəyinə baxırıq", - deyə o vurğulayıb.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan öz xarici siyasətində bütün qonşuları ilə mehriban qonşuluq və dinc münasibətlərə həmişə üstünlük verib.

"Ancaq biz Ermənistanla münaqişə vəziyyətində olduğumuz üçün bu prioriteti tam olaraq reallaşdırmaq mümkün olmurdu. Lakin bu gün deyə bilərəm ki, Azərbaycanın Ermənistan da daxil olmaqla bütün qonşuları ilə dostluq və mehriban qonşuluq münasibətləri qurulub", - deyə o vurğulayıb.

Hacıyevin sözlərinə görə, sülh - diplomatik səylər tələb edən mürəkkəb və uzun bir yoldur.

"Azərbaycan hökuməti belə bir diplomatik cəsarət nümayiş etdirdi və Ermənistana sülh əlini uzatdı", - deyə o bildirib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Hikmət_Hacıyev#Azərbaycan#Cənubi_Qafqaz#Qarabağ_Universiteti#sülh_prosesi#Ermənistanla_münasibətlər#xarici_siyasət#diplomatik_korpus#mehriban_qonşuluq

Oxşar Xəbərlər

Mehriban Əliyeva açılışı olan İslam Səfərli küçəsindən paylaşım edib - VİDEOSiyasət

Mehriban Əliyeva açılışı olan İslam Səfərli küçəsindən paylaşım edib - VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışından video paylaşıb.

Bu gün
17:260
Diplomatlar Xankəndidə Qarabağ Universitetinin klinikasını ziyarət ediblərSiyasət

Diplomatlar Xankəndidə Qarabağ Universitetinin klinikasını ziyarət ediblər

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidə Qarabağ Universitetinin klinikasında olublar.

Bu gün
17:140
Mina terroru davam edir: Ermənistan məsuliyyətini dərk etməlidir - ŞƏRHSiyasət

Mina terroru davam edir: Ermənistan məsuliyyətini dərk etməlidir - ŞƏRH

Azərbaycan-Ermənistan arasında müharibə bitsə də, ölkəmiz hələ də mina terrorundan əziyyət çəkir. Xüsusilə qeyd edilməlidir ki, azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb, 877 nəfərə aid insan qalıqları ekshumasiya olunub. Lakin Ermənistan hələ də yüzlərlə məzarın yerini gizlədir. Qeyd etmək lazımdır ki, Ermənistan beynəlxalq sənədlərə, 1949-cu il Cenevrə Konvensiyalarına və 1977-ci il Əlavə Protokola əsasən, müharibə nəticəsində itkin düşmüş şəxslərin taleyini aydınlaşdırm

Bu gün
17:100
Hikmət Hacıyev: "Azərbaycanın unikal bərpa-quruculuq təcrübəsi dünyanın heç bir yerində yoxdur"Siyasət

Hikmət Hacıyev: "Azərbaycanın unikal bərpa-quruculuq təcrübəsi dünyanın heç bir yerində yoxdur"

"Diplomatik korpusun, beynəlxalq ictimaiyyətin fikri ondan ibarətdir ki, Azərbaycanın çox unikal bir bərpa-quruculuq modeli var və dünyanın heç bir bölgəsində belə təcrübə yoxdur".

Bu gün
17:060