
Proqram yenilənməsi avtomobilinizi gücünü zəiflədə bilər - VİDEO
Proqram təminatı ilə işləyən avtomobillər bir müddət sonra sıradan çıxa bilər.
Proqram təminatı ilə işləyən avtomobillər bir müddət sonra sıradan çıxa bilər.
Gundem.today Xəzər TV-yə istinadən xəbər verir ki, müasir avtomobillər artıq yalnız mühərrikdən ibarət deyil. Onlar həm də proqram təminatı ilə idarə olunur. İstehsalçılar hər il yeni funksiyalar əlavə edir. Lakin 5 il əvvəl istehsal olunmuş avtomobillərin prosessorları bu əlavə yüklənməni daşımaqda çətinlik çəkə bilər.
Avtomobil elektriki Xaliq Əliməmmədov bildirib ki, bəzi hallarda proqram yenilənmələri elektrikli avtomobillərin batareya ömrünü qorumaq məqsədilə onların sürətlənmə gücünü və ya şarj sürətini gizli şəkildə azalda bilər.
Bəs ustanın "dolur" dediyi yaddaşı artırmaq mümkündürmü?
Xaliq Əliməmmədovun sözlərinə görə, avtomobillərin əyləc və təhlükəsizlik sistemləri bu cür yavaşlamalardan sığortalanıb, yəni proqram təminatında problem yaransa belə, sükan kilidlənmir. Görünən odur ki, gələcəkdə avtomobil alarkən yalnız mühərrik gücünə deyil, həm də onun prosessor gücünə və əməliyyat yaddaşına diqqət yetirmək lazım gələcək. Əks halda, avtomobil bir neçə proqram yenilənməsindən sonra istifadəyə yararsız hala düşə bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətPaytaxtda diqqəti cəlb edən hasarlanmış ərazi: Yeni metro stansiyası tikilir? - VİDEO
Şəhərin mərkəzində hasarlanmış metropoliten ərazisi diqqət çəkir. Ərazidə yaşayan sakinlər burada yeni stansiyanın tikiləcəyini iddia edirlər.
CəmiyyətBakıda bir ərazidə sürüşmə təhlükəsi artıb - VİDEO
Yerə tökülən qaya parçaları, məhv olan ağaclar və tarazlığını itirən ərazi...
CəmiyyətSakinlərin NƏZƏRİNƏ: Bu gün Bakının iki rayonunda qaz kəsiləcək
Paytaxtın iki rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
CəmiyyətAzyaşlının törətdiyi cinayətə görə günahkar kimdir? - "Uşaq elə filmlərə baxmamalıdır" - VİDEO
Son günlər Türkiyədə baş verən hadisə ölkəmizdə də ictimai müzakirələrə səbəb olub. Xüsusilə, azyaşlının törətdiyi ağır cinayətdən sonra valideynlərin məsuliyyətə cəlb olunması məsələsi suallar doğurur.