
Putin Melnikovun istefasını qəbul etdi: Onu kim əvəzləyəcək?
Rusiya Prezidenti Vladimir Putin Dağıstan rəhbəri Sergey Melikovun istefasını qəbul edib. Müvafiq fərman hüquqi aktların rəsmi nəşr portalında dərc edilib.
Rusiya Prezidenti Vladimir Putin Dağıstan rəhbəri Sergey Melikovun istefasını qəbul edib. Müvafiq fərman hüquqi aktların rəsmi nəşr portalında dərc edilib.
"Dağıstan Respublikasının rəhbəri S.A. Melikovun öz xahişi ilə istefası qəbul edilsin", - deyə sənəddə bildirilib.
O, həmçinin Fyodor Şukini Dağıstan Respublikasının rəhbəri vəzifəsinin müvəqqəti icraçısı təyin edib.
Bu barədə Gundem.today TASS-a istinadən məlumat verir.
Melikov regiona 5 oktyabr 2020-ci ildən (14 oktyabr 2021-ci ilə qədər rəhbərin səlahiyyətlərinin icraçısı qismində) rəhbərlik edib.
Fyodor Şukin 1976-cı ildə anadan olub. 2004-cü ildən Nijni Novqorod vilayətinin məhkəmə sistemində müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ilin fevral ayında Dağıstan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib. Mayın 4-də Rusiya Federasiyasının Hakimlərinin Ali İxtisas Kollegiyası "şərəfli təqaüdə çıxması ilə əlaqədar" onun səlahiyyətlərinə xitam verib.
Aprelin 30-da Rusiya Prezidenti Vladimir Putin Dağıstan nümayəndələri ilə yeni region rəhbərinin namizədliyini müzakirə edib və Şukinlə bağlı təklifi dəstəkləyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"İran Hörmüzdən keçən tankerə PUA-larla hücum edib" - BƏƏ-dən bəyanat
"İran qüvvələri Hörmüz boğazından keçən ADNOC neft şirkətinə məxsus tankerə iki PUA ilə hücum edib".
DünyaCENTCOM-dan ABŞ gəmisinin vurulmasına REAKSİYA
İran tərəfindən həyata keçirilən hücumlar zamanı ABŞ-yə məxsus heç bir gəmiyə ziyanın dəymədiyi bildirilib.
DünyaQlobal aviaşirkətlər iki milyon sərnişin yerini ixtisar etdilər - SƏBƏB
Beynəlxalq aviaşirkətlər gələcəkdə yarana biləcək yanacaq qıtlığı təhlükəsini nəzərə alaraq son iki həftə ərzində may ayı üzrə uçuş cədvəllərindəki sərnişin yerlərinin sayını iki milyon azaldıblar.
DünyaABŞ-nin Hörmüzdə saxladığı İran gəmisinin 15 nəfərlik heyəti geri döndü
ABŞ tərəfindən saxlanılan İrana məxsus "Touska" konteyner gəmisinin 15 nəfərlik heyəti İslam Respublikasına qayıdıblar.