
Qadınlardan ibarət Azərbaycan millisi bu gün Andorra ilə üz-üzə gələcək
Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu bu gün keçirəcək.
Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu bu gün keçirəcək.
Gundem.today xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan komanda Andorra yığması ilə qarşılaşacaq.
Bakıdakı "Bank Respublika Arena"da təşkil olunacaq görüş saat 17:00-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan millisi hazırda altı xalla qrupda ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın yeddi, üçüncü sıradakı Şimali Makedoniyanın üç, dördüncü yerdəki Andorranın bir xalı var.
Qeyd edək ki, millimiz səfərdə Andorraya 1:3 hesabı ilə qalib gəlib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAzərbaycan Kuboku: "Sabah" və "Qarabağ" həlledici duelə çıxırlar
Futbol üzrə Bizon Azərbaycan Kubokunda yarımfinal mərhələsinin növbəti oyunu keçirilir.
İdmanAta və oğul Kriştianu Ronaldu eyni klubda oynaya bilər
"Ən-Nəsr" komandasının kapitanı Kriştianu Ronaldunun 16 yaşlı oğlu kiçik Kriştianu Ronaldu növbəti mövsümdən etibarən əsas komandanın heyətinə daxil edilməsi imkanlarını nəzərdən keçirir.
İdmanMbappe şəxsi rekord müəyyənləşdirdi
"Real Madrid"in hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 33-cü turunda "Alaves"lə oyunda qol vuraraq yeni rekorda imza atıb.
İdmanİspaniya La Liqası: "Real Madrid" evdə qələbəyə sevindi
İspaniya La Liqasının 33-cü turu çərçivəsində "Real Madrid" - "Alaves" oyunu keçirilib.