
Abituriyentlərin NƏZƏRİNƏ: DİM-in sınaq imtahanına qeydiyyat bu gün BAŞA ÇATIR
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 10-da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək. Bu imtahan DİM tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üzrə keçiriləcək yeganə sınaq imtahanıdır.
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 10-da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək. Bu imtahan DİM tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üzrə keçiriləcək yeganə sınaq imtahanıdır.
Gundem.today xəbər verir ki, bu barədə DİM-in yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, imtahanın məzmunu və təşkilati forması qəbul imtahanlarının modelinə tam uyğundur.
"Dövlət İmtahan Mərkəzi digər özəl qurumların keçirdikləri sınaq imtahanlarının məzmunu və təşkilinə cavabdehlik daşımır və abituriyentlərə yalnız mərkəzin rəsmi sınaq imtahanında iştirak etmələri tövsiyə olunur.
Sınaq imtahanına qeydiyyat bu gün başa çatır. İştirakçılar saat 23:59-dək imtahana yazıla bilərlər.
Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində "şəxsi kabinet" yaradılmalıdır (şəxsi kabineti olmayanlar). "Şəxsi kabinet"in "Hesab" bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 manat) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.
Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə "şəxsi kabinet"in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub "imtahana buradan yazılın" düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və "qeydə al" düyməsi basılır", - deyə məlumatda bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətTəhsil sektorunun müdiri İŞDƏN ÇIXARILDI - FOTO
Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Qələmşah Dostu oğlu Dostuyev vəzifəsindən azad edilib.
CəmiyyətBakıda sinif yoldaşının yandırdığı şagirdlə bağlı YENİ MƏLUMAT: Qohumu danışdı - VİDEO
Aprelin 20-də Bakının Yasamal rayonunda yerləşən 286 nömrəli məktəbdə sinif yoldaşı tərəfindən yandırılan şagirdin son vəziyyəti açıqlanıb.
CəmiyyətKürdəmir Dəmiryol Stansiyasından hansı istiqamətlərə getmək mümkündür?
"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yenilənən Kürdəmir stansiyası vasitəsilə Bakı, Ucar, Ləki (Ağdaş), Yevlax, Goran (Goranboy), Gəncə, Dəllər (Şəmkir), Qovlar (Tovuz), Tovuz, Ağstafa və Qazaxa səyahət etmək mümkündür.
CəmiyyətKürdə suyun SƏVİYYƏSİ ARTIB: Subasma riski var? - RƏSMİ
Son günlər ölkə ərazində müşahidə olunan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsinin artdığı qeydə alınıb.