
"Qalatasaray"ın müdafiəçisi "Napoli"nin hədəfində: Yay transfer pəncərəsində sürpriz gözlənilir - FOTO
Türkiyənin "Qalatasaray" klubunun arxa xəttindəki çıxışı ilə diqqət çəkən müdafiəçi Uilfrid Sinqo İtaliya A Seriyasına transferə hazırlaşır.
Türkiyənin "Qalatasaray" klubunun arxa xəttindəki çıxışı ilə diqqət çəkən müdafiəçi Uilfrid Sinqo İtaliya A Seriyasına transferə hazırlaşır.
Gundem.today-ın məlumatına görə, İtaliyanın köklü klublarından olan "Napoli" Kot-d'İvuar yığmasının istedadlı üzvünü öz rənglərinə bağlamaq niyyətindədir.
Neapol təmsilçisinin idman direktoru Covanni Manna artıq Sinqonun adını rəsmi transfer siyahısına əlavə edib. Son İtaliya çempionu yay transfer pəncərəsində 25 yaşlı mərkəz müdafiəçisinin keçidini tamamlamaq üçün hərəkətə keçəcək.
Məlumat üçün bildirək ki, Uilfred Sinqo cari mövsümdə "Qalatasaray" forması ilə çıxdığı bütün turnirlərdə ümumilikdə 23 qarşılaşmada iştirak edərək rəqib qapılarına iki dəfə yol tapıb və üç məhsuldar ötürmə ilə yadda qalıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Böyük İpək Yolu" beynəlxalq turniri: Millimiz 21 medalla komanda hesabında birinci yeri tutub
Bakıda kişi və qadın boksçular arasında ənənəvi "Böyük İpək Yolu" beynəlxalq turnirinin qalibləri müəyyənləşib. 6 gün davam edən yarışda 10 ölkənin 126 idmançısı qüvvəsini sınayıb.
İdmanİtaliya millisinin hədəfindəki BÖYÜK AD - FOTO
İtaliya futbolunda yeni baş məşqçinin kimliyi ətrafında yaranmış intriqa davam edir və rəhbərlik bu məsələdə qətiyyən tələsmək niyyətində deyil.
İdman"Turan Tovuz" qələbəni niyə əldən verdi? - Baş məşqçidən AÇIQLAMA
"Demək olar ki, heç nədən qol buraxdıq".
İdman"Formula-1"də komanda başçıları nə qədər maaş alırlar? - SİYAHI
"Formula-1" komandalarını idarə edən və ən yüksək maaş alan menecerlərin adları məlum olub.