Son dəqiqə
Polşada ABŞ-nin hərbi kontingentinin sayı artırılırAzərbaycanın 18-ci dayanıqlı milli inkişaf məqsədinin hədəfləri hansılardır?Bakıda qaydanı pozan sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO"Gəncə KOB evi"ndə sahibkarlara YENİ İMKANLAR: 35 dövlət qurumunun 300-dən çox XİDMƏTİ - FOTODövlət Statistika Komitəsi sədrinə müşavir təyin edilib - FOTO"Azəriqaz"ın departament rəisi 39 yaşında vəfat etdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Qanunsuz saxlanılan vəhşi heyvanlar xilas ediliblər - FOTO
Qanunsuz saxlanılan vəhşi heyvanlar xilas ediliblər - FOTO
Cəmiyyət

Qanunsuz saxlanılan vəhşi heyvanlar xilas ediliblər - FOTO

Dünən
12:09
1 baxış
Paylaş:

Bakıda fəaliyyət göstərən uşaq əyləncə mərkəzində qeyri-qanuni saxlanılan vəhşi heyvanlar IDEA və dövlət qurumlarının birgə yoxlaması nəticəsində xilas edilərək zooparka yerləşdirilib.

IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Bakı şəhərində yerləşən uşaq bərbərxanası və əyləncə mərkəzi kimi fəaliyyət göstərən xidmət obyektində təcili araşdırma tədbirləri həyata keçirilib.

Gundem.today xəbər verir ki, IDEA İctimai Birliyinə daxil olan vətəndaş müraciəti əsasında həyata keçirilmiş birgə yoxlama nəticəsində "Poniland" adı altında xidmət göstərən obyektin ərazisində qanunsuz olaraq surikat, yenot, tovuzquşu, tirəndaz, poni, tısbağa, dəniz donuzcuğu, dovşan, keçi və göyərçin heyvan növlərinin saxlanıldığı məlum olub.

Qeyd edək ki, vəhşi heyvanların, xüsusilə də təbii mühafizə olunan heyvan növlərinin müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmadan qapalı şəraitdə saxlanılmasına yol verilmir. Eyni zamanda, heyvanların bu tip ictimai təyinatlı obyektlərdə saxlanılması sanitariya-gigiyena normalarının pozulması olmaqla yanaşı, insan sağlamlığı üçün də xüsusi risk yaradır.

Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən bütün heyvanlar ərazidən götürülüb, klinik şəraitdə müayinədən keçdikdən sonra daha sağlam və təhlükəsiz həyat yaşamaq üçün Bakı Zooloji Parkına yerləşdirilib.

IDEA İctimai Birliyi vətəndaşları bir daha heyvanlara qarşı qayğıkeş və məsuliyyətli münasibət göstərməyə, vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verməməyə, bu kimi faktların şahidi olduqda IDEA İctimai Birliyinin "Təbiətə Təcili Yardım" proqramı çərçivəsində fəaliyyət göstərən "1113" qaynar xətti və ya rəsmi sosial media kanalları vasitəsilə məlumat verməyə çağırır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#vəhşi_heyvanların_xilası#qanunsuz_heyvan_saxlama#IDEA_İctimai_Birliyi#Bakı_Zooloji_Parkı#Poniland#heyvanların_mühafizəsi#ekologiya#təbiətə_təcili_yardım#heyvan_hüquqları#sanitariya_normaları

Oxşar Xəbərlər

Dövlət Statistika Komitəsi sədrinə müşavir təyin edilib - FOTOCəmiyyət

Dövlət Statistika Komitəsi sədrinə müşavir təyin edilib - FOTO

Dövlət Statistika Komitəsinin (DSK) sədri Azər Mursaqulova yeni müşavir təyin olunub.

Bu gün
12:360
"Azəriqaz"ın departament rəisi 39 yaşında vəfat etdiCəmiyyət

"Azəriqaz"ın departament rəisi 39 yaşında vəfat etdi

"Azəriqaz" İstehsalat Birliyinin (İB) İT və Rəqəmsallaşma departamentinin rəisi Zabil Vəfaddin oğlu İbayev 39 yaşında vəfat edib.

Bu gün
12:390
İçərişəhərdə qala divarında uçqun baş verən ərazidə hansı işlər görülür? - FOTO - VİDEOCəmiyyət

İçərişəhərdə qala divarında uçqun baş verən ərazidə hansı işlər görülür? - FOTO - VİDEO

İçərişəhər ərazisində qala divarının bir hissəsində baş vermiş qismən dağılma ilə bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən dərhal operativ tədbirlər görülür.

Bu gün
12:240
Bibiheybət yolunda bərpa işlərinə başlanıldıCəmiyyət

Bibiheybət yolunda bərpa işlərinə başlanıldı

İntensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərinə başlanılıb.

Bu gün
12:260