
Qarabağ arzusu gerçəyə çevrilir – Qırmızı Bazara növbəti qayıdış
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb.
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb.
Gundem.today "Report"a istinadən xəbər verir ki, açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təmsilçiləri iştirak ediblər.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Gundem.today xəbər verir ki, Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 17 ailə - 74 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXəzər dənizində zəlzələ baş verib
Xəzər dənizində zəlzələ baş verib.
CəmiyyətDaşkəsən və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA
Aprelin 26-ı saat 11:00-a olan faktiki hava açıqlanıb.
CəmiyyətDaşqın baş vermiş ərazidə Kür çayının səviyyəsi ENDİ - VİDEO
Kür çayının Zərdab rayonundan keçən hissəsində suyun səviyyəsində azalma müşahidə edilir. Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, çayda suyun səviyyəsi 150 santimetr aşağı düşüb.
CəmiyyətAzərbaycanda 55 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu gün 55 282 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.