
Qazpaylayıcı sistem operatorunun müayinə keçirməsi qaydası təsdiqlənib
Nazirlər Kabineti "Qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası"nı təsdiq edib.
Nazirlər Kabineti "Qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası"nı təsdiq edib.
Gundem.today xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qayda "Qaz təchizatı haqqında" Qanuna əsasən hazırlanıb, burada istifadə olunan anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.
Müayinə istehlakçının qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar olunması məqsədilə qazpaylayıcı sistem operatoru tərəfindən ödənişsiz keçirilir.
Sahibkarlıq subyektlərinə münasibətdə müayinə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətÇağrı mərkəzi olmayan dövlət qurumlarına "108" vasitəsilə müraciət ediləcək
Çağrı mərkəzi olmayan qurumlarda bu xidmət "108" Çağrı Mərkəzi vasitəsi ilə göstəriləcək.
Siyasətİranda fikir ayrılığı kəskinləşir: ABŞ ilə razılaşma ölkəni parçalaya bilərmi?- VİDEO
Baku TV-nin "Aktual Gündəm" verilişinin növbəti buraxılışı yayımlanıb.
SiyasətGüzəştli ipoteka ala biləcək şəxslərin SİYAHISI genişləndirildi - FƏRMAN
"Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edilib.
Siyasət"Elektron notariat" informasiya sistemi haqqında Əsasnamədə dəyişilklik edilib
"Elektron notariat" informasiya sistemi haqqında Əsasnamə"də dəyişiklik edilib.