Son dəqiqə
Leyla Əliyeva "Azərbaycan təbiətinin izi ilə" sərgisinin açılış mərasimində iştirak edib - FOTOBirləşmiş Ərəb Əmirlikləri hava məkanını qismən bağladıMingəçevirdə 20 yaşlı gənc futbol oynayarkən öldüAzərbaycanda futbol oyununda FACİƏ: 20 yaşlı tələbə öldü"Qəsəbədə 4-5 min əhali yaşayır, amma avtobus xətti yoxdur" - Gəncə sakinlərindən ŞİKAYƏT - VİDEOBritaniyada İrana həsr olunmuş xatirə divarının yandırılıb: İki nəfər saxlanılıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Qəbələdə keçirilən WUF13 Festivalında minlərlə sakin iştirak edib
Qəbələdə keçirilən WUF13 Festivalında minlərlə sakin iştirak edib
Cəmiyyət

Qəbələdə keçirilən WUF13 Festivalında minlərlə sakin iştirak edib

Bu gün
22:04
0 baxış
Paylaş:

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədilə Qəbələ şəhərində WUF13 Festivalı keçirilib.

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədilə Qəbələ şəhərində WUF13 Festivalı keçirilib.

Gundem.today xəbər verir ki, festivalın axşam proqramı Qəbələ şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında davam etdirilib.

"WUF13 Azərbaycan" Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə Qəbələ sakinlərini və şəhərin qonaqlarını salamlayaraq festivalın əhəmiyyəti barədə ətraflı məlumat verib, gecələrini mənalı keçirmələri üçün müxtəlif proqramların təşkil olunduğunu diqqətə çatdırıb.

Axşam proqramı çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.

Qeyd edək ki, günün birinci yarısında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) həsr olunmuş məlumatlandırma sessiyası keçirilib.

Mayın 4-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş məlumatlandırma sessiyası keçirilib.

Gundem.today xəbər verir ki, mərkəzin müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən sessiya Qəbələ şəhərində davam edən WUF13 Festivalı çərçivəsində təşkil olunub.

Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə çıxış edərək WUF13 barədə ətraflı məlumat veriblər. Çıxışlarda WUF13 Festivalı haqqında geniş məlumat təqdim olunub, eyni zamanda Forumun ölkəmiz üçün əhəmiyyəti və onun çərçivəsində gənclərin marağına səbəb olan əsas tədbirlər vurğulanıb.

Qalib Nəbiyev tədbirin açılışında çıxış edərək bildirib ki, ölkəmizdə WUF13 kimi iri beynəlxalq tədbirlərin keçirilməsi dünyagörüşlü və intellektual gənclərin yetişdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. O, həmçinin rəhbərlik etdiyi mərkəzin ölkəmizin qabaqcıl təhsil müəssisələrindən biri olduğunu və burada 56 rayondan gənclərin təhsil aldığını qeyd edib.

Ramiz İdrisoğlu Azərbaycanda 2026-ci illin "Şəhərsalma və Memarlıq ili" elan edilməsi vurğulayaraq qeyd edib ki, bu tarixi qərar dövlətimizin şəhərsalma və memarlıq sahəsinə xüsusi diqqətinin, eləcə də bu istiqamətdə həyata keçirilən inkişaf startegiyasının məntiqi nəticəsidir. O, müasir şəhərsalma siyasəti, bu istiqamətdə ölkəmizdə görülməkdə olan işlər, həmçinin şəhər planlaşdırılmasında məşğulluq, inklüzivlik və mobillik imkanları və yeni yanaşmalar barədə məlumat verib.

Emin Hüseynzadə gəncləri 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etməyə dəvət edib. O bildirib ki, Forum hamı üçün əlçatan olacaq və gənclər əsas tədbirlərə həm əyani, həm də onlayn formatda qoşula bilərlər.

Sonda müəllim və tələbələrin sualları cavablandırılıb.

WUF13 Festivalı axşam saat 18:00-da açıq havada keçiriləcək ictimai proqramla davam edəcək.

Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#WUF13#Ümumdünya_Şəhərsalma_Forumu#Qəbələ_Dövlət_Peşə_Təhsil_Mərkəzi#Qəbələdə_festival#şəhərsalma_və_memarlıq#dayanıqlı_şəhər_inkişafı#WUF13_məlumatlandırma_sessiyası#Bakı_WUF13_2026.

Oxşar Xəbərlər

"Qəsəbədə 4-5 min əhali yaşayır, amma avtobus xətti yoxdur" - Gəncə sakinlərindən ŞİKAYƏT - VİDEOCəmiyyət

"Qəsəbədə 4-5 min əhali yaşayır, amma avtobus xətti yoxdur" - Gəncə sakinlərindən ŞİKAYƏT - VİDEO

Gəncə şəhəri, Qırmızıkənd qəsəbəsi, Hüseyn Hüseynli küçəsinin sakinləri yolların baxımsız olması və əraziyə ictimai nəqliyyatın gəlməməsindən şikayət edirlər.

Bu gün
23:000
Ali Məhkəmə keçmiş federasiya prezidentinin şikayətini rədd etdiCəmiyyət

Ali Məhkəmə keçmiş federasiya prezidentinin şikayətini rədd etdi

Ali Məhkəmədə idmançı Araz Musayevin Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.

Bu gün
20:400
bp və TLM Azərbaycanda xalça sənətinə dair üç kitabın təqdimatını etdi - FOTOCəmiyyət

bp və TLM Azərbaycanda xalça sənətinə dair üç kitabın təqdimatını etdi - FOTO

Azərbaycan Milli Xalça Muzeyində bp şirkətinin dəstəyi ilə Təşəbbüslər və Layihələr Mərkəzinin (TLM) layihəsi əsasında hazırlanmış Azərbaycan xalça sənətinə dair üç kitabdan ibarət nəşrlər toplusunun təqdimat mərasimi keçirilib. Təqdimat Bakı şəhərində keçirilən "Beynəlxalq Xalça Festivalı 2026" ilə eyni vaxta təsadüf edib.

Bu gün
18:480
İstilik və isti suya görə ödənişlə bağlı YENİ TƏLƏBCəmiyyət

İstilik və isti suya görə ödənişlə bağlı YENİ TƏLƏB

İstehlak edilmiş istiliyin və (və ya) isti suyun dəyəri barədə hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaiti 30 gün müddətində tam məbləğdə ödənməlidir.

Bu gün
18:260