Son dəqiqə
Kürd siyasətçi İraqın yeni prezidenti seçildi34 ildir nümunəvi fəaliyyəti ilə seçilən müəllim: "Az qalır ki, qayıq çevrilsin" - VİDEOAvtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enirXalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTOABŞ hərbi gəmiləri Hörmüz boğazından keçib? - Rəsmi Tehran dərhal təkzib etdiGəncə Gömrük İdarəsinə yeni rəis təyin edildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Qəbələdə "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində növbəti görüş: Regional inkişaf müzakirə edildi - FOTO
Qəbələdə "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində növbəti görüş: Regional inkişaf müzakirə edildi - FOTO
Siyasət

Qəbələdə "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində növbəti görüş: Regional inkişaf müzakirə edildi - FOTO

Bu gün
16:33
1 baxış
Paylaş:

"Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Qəbələ şəhərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən ikitərəfli dəyirmi masa keçirilib. Növbəti görüşdə hər iki ölkədən qeyri-hökumət təşkilatlarının, media qurumlarının və beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.

"Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Qəbələ şəhərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən ikitərəfli dəyirmi masa keçirilib. Növbəti görüşdə hər iki ölkədən qeyri-hökumət təşkilatlarının, media qurumlarının və beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Gundem.today AZƏRTAC-a istinadla xəbər verir ki, Ermənistan nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə daxil olub, delimitasiya və demarkasiya olunmuş sahədən keçərək bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurları icra edib. Bu keçid faktının özü "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsi istiqamətində növbəti simvolik addım olub.

İki gün ərzində dörd müzakirə sessiyası baş tutub. İştirakçılar Cənubi Qafqazda və onun ətrafında baş verən geosiyasi prosesləri və onların sülh prosesinə təsirini müzakirə ediblər. Azərbaycanlı və erməni ekspertlər həmçinin regional inkişafla bağlı öz ölkələrinin mövqeləri və baxışları barədə fikir mübadiləsi aparıblar.

İkitərəfli dialoqdan əvvəl "Sülh Körpüsü" təşəbbüsünün nümayəndələri öz ölkələrində vətəndaş cəmiyyətinin müxtəlif seqmentləri ilə görüşlər və müzakirələr keçirərək ictimai gözləntiləri və sülh prosesinə dair yanaşmaları daha yaxşı anlamağa çalışıblar. Ayrı bir sessiyada təşəbbüs iştirakçıları bu görüşlərin nəticələrini təqdim edərək cəmiyyətlərdə mövcud əsas narahatlıqları, gözləntiləri və baxışları vurğulayıblar.

İctimai gözləntiləri nəzərə alaraq, iştirakçılar yekun sessiyanı sülh prosesinin növbəti mərhələlərində həyata keçiriləcək birgə və fərdi fəaliyyətlər barədə fikir mübadiləsinə həsr ediblər.

Aprelin 11-də "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində keçirilən dördüncü ikitərəfli dəyirmi masanın iştirakçıları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüblər. Görüş zamanı regional təhlükəsizlik, sülh prosesinin siyasi səviyyədə gedişi və vətəndaş cəmiyyətinin normallaşma prosesinə töhfəsi müzakirə olunub.

İkigünlük dialoq dördüncü görüşün nəticələrinin yekunlaşdırıldığı mətbuat konfransı ilə başa çatıb.

Vətəndaş cəmiyyəti nümayəndələrinin son görüşü konstruktiv dialoq, açıq müzakirələr və sülh gündəliyinə alternativin olmadığına dair bir daha təsdiq mühitində keçirilib. Azərbaycan və Ermənistan hökumətlərinin dəstəyi ilə "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində təşkil olunan dialoqun iştirakçıları sülh prosesinin növbəti mərhələlərində etimadın möhkəmləndirilməsi istiqamətində birgə səyləri davam etdirmək niyyətlərini ifadə ediblər.

Daha çox şəkil burada: PhotoStock.Az

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Qəbələ#Sülh_Körpüsü_təşəbbüsü#Azərbaycan_və_Ermənistan#vətəndaş_cəmiyyəti#ikitərəfli_dialoq#Hikmət_Hacıyev#sülh_prosesi#Cənubi_Qafqaz#quru_sərhədi#delimitasiya_və_demarkasiya.

Oxşar Xəbərlər

İslamabadda danışıqlar uğursuz olarsa, nə baş verəcək? - VİDEOSiyasət

İslamabadda danışıqlar uğursuz olarsa, nə baş verəcək? - VİDEO

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb.

Bu gün
17:460
Areq Koçinyan: "Ermənistan, Azərbaycan və Gürcüstan ekspertləri üçtərəfli formatda görüşməlidirlər"Siyasət

Areq Koçinyan: "Ermənistan, Azərbaycan və Gürcüstan ekspertləri üçtərəfli formatda görüşməlidirlər"

"Ermənistan, Azərbaycan və Gürcüstanın ekspert icmalarının üçtərəfli formatda müzakirə aparmaq üçün çoxlu mövzuları var".

Bu gün
16:490
Fərhad Məmmədov: "Cənubi Qafqazda inteqrasiyanın gücləndirilməsi üçün tam zəmin mövcuddur"Siyasət

Fərhad Məmmədov: "Cənubi Qafqazda inteqrasiyanın gücləndirilməsi üçün tam zəmin mövcuddur"

"Bu gün Cənubi Qafqazda regional inteqrasiyanın gücləndirilməsi üçün obyektiv zəmin mövcuddur".

Bu gün
16:571
Prezident İlham Əliyevin Tbilisidə Gürcüstan baş naziri ilə görüşündən EKSKLÜZİV GÖRÜNTÜLƏRSiyasət

Prezident İlham Əliyevin Tbilisidə Gürcüstan baş naziri ilə görüşündən EKSKLÜZİV GÖRÜNTÜLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündən eksklüziv görüntülər yayılıb.

Bu gün
16:410