
ABŞ hərbi gəmiləri Hörmüz boğazından keçib? - Rəsmi Tehran dərhal təkzib etdi
"ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Hörmüz boğazından uğurla keçib".
"ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Hörmüz boğazından uğurla keçib".
Gundem.today "Axios"a istinadən xəbər verir ki, bu barədə ABŞ rəsmisi məlumat verib.
Bildirilib ki, bu, mövcud müharibənin başlanmasından sonra ABŞ hərbi gəmilərinin strateji su yolundan ilk keçididir. Hadisə regionda gərginliyin yüksək səviyyədə qaldığı bir vaxtda baş verib.
İran isə bu məlumatı təkzib edib. Rəsmi Tehran bildirib ki, ABŞ gəmilərinin İranla razılaşdırılmadan Hörmüz boğazından keçməsi barədə xəbərlər həqiqətə uyğun deyil.
"Tasnim" İranın təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb ki, atəşkəs elan olunduğu andan etibarən Tehranla razılaşdırılmadan heç bir gəmi Hörmüz boğazından keçməyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKürd siyasətçi İraqın yeni prezidenti seçildi
İraq parlamenti ikinci tur səsvermədə Nizar Amidini yeni prezident seçib.
DünyaTramp: "Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq"
ABŞ Prezidenti Donald Tramp sərbəst gəmiçiliyin təmin edilməsi üçün ölkəsinin Hörmüz boğazını minalardan təmizləməyə başladığını bəyan edib.
DünyaABŞ Livan-İsrail danışıqları ərəfəsində Beyrutun bombalanmayacağına zəmanət verib
Aprelin 14-də Vaşinqton şəhərində start götürəcək Livan və İsrail arasındakı müzakirələrdən öncə ABŞ Beyrut üçün təhlükəsizlik təminatı alıb.
Dünyaİranın Qum əyalətində hava hücumundan zərər görən dəmiryol körpüsü bərpa olundu
İranın Qum vilayətində hava zərbələri səbəbindən zərər görmüş dəmiryol körpüsünün bərpası 40 saatdan da qısa vaxt ərzində yekunlaşıb.