
Qəbələdə WUF13 Festivalı başlayıb - FOTO
Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə mayın 4-də Qəbələ rayonunda WUF13 Festivalına start verilib.
Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə mayın 4-də Qəbələ rayonunda WUF13 Festivalına start verilib.
Gundem.today "Report"a istinadla xəbər verir ki, günün birinci yarısında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində müəllim və tələbə heyətinin iştirakı ilə WUF13 ilə bağlı məlumatlandırma sessiyası təşkil edilib.
Çıxışlarda WUF13-ün Azərbaycan üçün əhəmiyyəti və onun çərçivəsində müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb.
Bildirilib ki, mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası hər kəs üçün açıqdır.
Qeyd edək ki, WUF13 Festivalı iki hissədən ibarətdir. Axşam saat 18:00-da festival açıq havada keçiriləcək ictimai proqramlarla davam edəcək.
Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSabah 23 dərəcə isti olacaq - 05.05.2026
Mayın 5-də gözlənilən hava şəraiti açıqlanıb.
CəmiyyətValideynlərin NƏZƏRİNƏ - Xarici dillərdə tədris üzrə birinci sinfə qəbul qaydası BİLİNDİ
Mayın 18-də saat 18:00-da dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi bitir.
CəmiyyətDünən keçirilən imtahanın düzgün cavabları AÇIQLANDI
Dünən keçirilən keçirilən Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahanda istifadə edilmiş qapalı tipli test tapşırıqlarının doğru cavabları açıqlanıb.
CəmiyyətAzərbaycanda onlarla aptekdə NÖQSANLAR aşkarlanıb
2026-cı ilin aprel ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən ümumilikdə 137 aptekdə yoxlama aparılıb. Yoxlamalardan 4-ü Bakı şəhərində, 133-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.