
"Sarı"da keçən sürücülər qəzaya səbəb oldular - ANBAAN GÖRÜNTÜLƏR
Paytaxtda işıqforun sarı işığında keçən sürücülər qəza törədiblər.
Paytaxtda işıqforun sarı işığında keçən sürücülər qəza törədiblər.
Gundem.today xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Müraciətdə bildirilib ki, yol-nəqliyyat hadisələrinin baş verməsi bəzən bəzi sürücülərin yollarda tələskənliyi səbəbindən olur:
"Xüsusilə də işıqforun yaşıl işıq siqnalı tam yanmadan, həmçinin qırmızı işıq siqnalının yanmasına saniyələr qalmış - sarı işıq siqnalında hərəkətə başlamaq qəzanın baş verməsi ilə nəticələnir".
"Belə sürücülərə bir daha xatırladırıq ki, işıqforun qırmızı rəngli işığının yanması və ya yanıb-sönməsi siqnalı hərəkəti qadağan edir. Bundan əlavə, sarı rəngli işığın yanması hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Hərəkət etmək üçün isə yaşıl rəngli işıq siqnalını gözləmək lazımdır.
Unutmayaq ki, işıqforun siqnallarına riayət etmək "Yol hərəkəti haqqında" Qanunun 60-cı maddəsi ilə məcburidir", - müraciətdə qeyd edilib
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəAğdaşda AĞIR QƏZA: Yük maşınları toqquşdu, ÖLƏN VAR - FOTO
Bu gün saat 11 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisindən keçən hissəsində "Mercedes" markalı yük avtomobili TIR-la toqquşub.
HadisəGəncədə 22 yaşlı qadın BIÇAQLANDI: Əri saxlanıldı
Gəncədə həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub.
HadisəSumqayıtda 66 yaşlı kişi hamamda yıxılaraq ÖLDÜ
Sumqayıt şəhəri, Corat qəsəbəsində ölüm hadisəsi baş verib.
HadisəGəncədə 22 yaşlı qadın bıçaqlandı
Gəncədə 22 yaşlı qadın bıçaqlanıb.