Son dəqiqə
ABŞ-də məxfi məlumatlara pul qoyuluşu qalmaqalı: Diplomatlara ciddi xəbərdarlıq olunduİlk dörd ayda dövlət büdcəsinin gəlir və xərcləri məlum olduSarayda avtomobil PARTLAYIB: Xəsarət alan varAktiv ƏDV və vergi ödəyicilərinin sayı artıb - RƏQƏMLƏR AÇIQLANDITramp ABŞ-nin yeni antiterror strategiyasını təsdiqləyibMetronun iş rejimi dəyişdirilir: İNTERVAL ARTIRILIR
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Qusarda şadlıq sarayının fəaliyyəti dayandırıldı - FOTO - VİDEO
Qusarda şadlıq sarayının fəaliyyəti dayandırıldı - FOTO - VİDEO
Cəmiyyət

Qusarda şadlıq sarayının fəaliyyəti dayandırıldı - FOTO - VİDEO

Bu gün
11:00
0 baxış
Paylaş:

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Qusar şəhərində yerləşən "Pəri" şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Qusar şəhərində yerləşən "Pəri" şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Gundem.today xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;

- elektrik təsərrüfatı "Elektrik qurğularının quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;

- obyektdə odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb;

- obyektin mətbəxində yanğın təhlükəsizliyi baxımından standartlara uyğun olmayan qaz sobalarından və daxili qaz xətlərinin birləşməsində rezin borulardan istifadəyə yol verilib;

- pilləkən qəfəslərində yanar materiallar yığılıb;

- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;

- ⁠taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb və zal hissəsinin divarları tezalışan materiallarla üzlənilib;

- obyektin tüstü bacası təmizlənməyib;

- insanların təxliyəsi üçün "Çıxış" sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb.

"Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Qusar şəhərində yerləşən "Pəri" şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib", - məlumatda deyilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Qusar#şadlıq_sarayı#Pəri_şadlıq_evi#FHN#yanğın_təhlükəsizliyi#yoxlama#fəaliyyəti_dayandırıldı#Dövlət_Yanğın_Nəzarəti_Xidməti#cərimə#xəbərlər

Oxşar Xəbərlər

Sarayda avtomobil PARTLAYIB: Xəsarət alan varCəmiyyət

Sarayda avtomobil PARTLAYIB: Xəsarət alan var

Abşeron rayonunun Saray qəsəbəsində minik avtomobili partlayıb.

Bu gün
12:160
Metronun iş rejimi dəyişdirilir: İNTERVAL ARTIRILIRCəmiyyət

Metronun iş rejimi dəyişdirilir: İNTERVAL ARTIRILIR

9 May - Faşizm üzərində Qələbə Günü və digər qeyri-iş günləri ilə əlaqədar metronun hərəkət qrafikində dəyişiklik ediləcək.

Bu gün
11:580
Cəza niyə bəzən ağır, bəzən yüngül təsiri bağışlayır? – Hakimdən İZAHCəmiyyət

Cəza niyə bəzən ağır, bəzən yüngül təsiri bağışlayır? – Hakimdən İZAH

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanova cəmiyyətin məhkəmə qərarlarına münasibəti və cəza siyasətində balans məsələləri barədə fikirlərinə dair şərh verib.

Bu gün
11:480
Azərbaycan elminə ağır itki: Tanınmış professor vəfat etdi - FOTOCəmiyyət

Azərbaycan elminə ağır itki: Tanınmış professor vəfat etdi - FOTO

Bakı Slavyan Universitetinin professoru, dəyərli alim Nəsirağa Məmmədov vəfat edib.

Bu gün
11:440