Son dəqiqə
ABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıbXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandıQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat elan edildi
Qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat elan edildi
Cəmiyyət

Qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat elan edildi

Dünən
14:56
0 baxış
Paylaş:

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 10-da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 10-da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.

Gundem.today xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, bu imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üzrə keçiriləcək yeganə sınaq imtahanıdır. İmtahanın məzmunu və təşkilati forması qəbul imtahanlarının modelinə tam uyğundur. Dövlət İmtahan Mərkəzi digər özəl qurumların keçirdikləri sınaq imtahanlarının məzmunu və təşkilinə cavabdehlik daşımır və abituriyentlərə yalnız Mərkəzin rəsmi sınaq imtahanında iştirak etmələrini tövsiyə edirik.

Sınaq imtahanına qeydiyyat 22 aprel saat 23:59-dək aparılacaq.

Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində "Şəxsi kabinet" yaradılmalıdır (şəxsi kabineti olmayanlar). "Şəxsi kabinet"in "Hesab" bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə "Şəxsi kabinet"in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub "İmtahana buradan yazılın" düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və "Qeydə al" düyməsi basılır.

I ixtisas qrupu üzrə imtahan vermək istəyənlər RK və ya Rİ, III ixtisas qrupu üzrə imtahan vermək istəyənlər isə DT və ya TC altqruplarından birini seçməlidirlər. Sınaq imtahanında hər iki altqrupu seçməyə icazə verilmir. I qrup üzrə RK altqrupunu seçənlər riyaziyyat, fizika, kimya, Rİ altqrupunu seçənlər riyaziyyat, fizika, informatika, III qrup üzrə DT altqrupunu seçənlər Azərbaycan (rus) dili, tarix və ədəbiyyat, TC altqrupunu seçənlər Azərbaycan (rus) dili, tarix və coğrafiya fənləri üzrə imtahan verirlər.

İmtahanın müddəti 3 saatdır. Yazılı cavablandırılması tələb olunan açıq tipli tapşırıqların cavabları "cavab vərəqi"ndə nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə "cavab kartı"ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır.

İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

İmtahan yeri (binası) barədə məlumat imtahandan bir həftə əvvəl Mərkəzin saytına yerləşdiriləcək "İmtahana buraxılış vərəqəsi"ndə qeyd olunacaq.

Sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci sinif üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2026-cı il aprel ayının sonunadək olan hissəsini əhatə edəcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#sınaq_imtahanı#DİM#Dövlət_İmtahan_Mərkəzi#qəbul_imtahanı#abituriyentlər#ixtisas_qrupları#ali_məktəblərə_qəbul#sınaq_qeydiyyat#ekabinet#imtahana_buraxılış_vərəqəsi.

Oxşar Xəbərlər

Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOCəmiyyət

Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO

Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb.

Bu gün
23:360
Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBCəmiyyət

Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB

Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər.

Bu gün
22:480
"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEOCəmiyyət

"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEO

Dövlət Akademik Filarmoniyasında yazıçı və şair Seyran Səxavətin 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə böyük izdiham müşahidə olunub.

Bu gün
22:360
Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılırCəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılır

Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospekti istiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan ərazidə hərəkət məhdudlaşdırılacaq.

Bu gün
22:240