Son dəqiqə
Daşkəsəndə iki avtomobil TOQQUŞUB: Xəsarət alanlar varPezeşkiandan SÜLH ÇAĞIRIŞI: "Müharibənin davam etməsi nə İranın, nə də ABŞ-nin maraqlarına uyğundur"16 sahibkara "Startap" şəhadətnaməsi verilibÖlkə üzrə pensiyalar nə vaxt tam ödəniləcək?"Neftçi"dən "Qarabağ"la oyundan əvvəl azarkeşlərə VACİB MÜRACİƏT"İdrak"da güllələnən müəllimə şagirdi bağışladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Qərbi Azərbaycan Xronikası: Saxta erməni tarixini alt-üst edən toponim - VİDEO
Qərbi Azərbaycan Xronikası: Saxta erməni tarixini alt-üst edən toponim - VİDEO
Cəmiyyət

Qərbi Azərbaycan Xronikası: Saxta erməni tarixini alt-üst edən toponim - VİDEO

24 mart 2026
19:12
1 baxış
Paylaş:

Baku TV-nin Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Saxta erməni tarixini alt-üst edən toponim" adlı süjet hazırlanıb.

Baku TV-nin Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Saxta erməni tarixini alt-üst edən toponim" adlı süjet hazırlanıb.

Bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bozburun, Bozqala, Bozdoğan toponimi və oronimi haqqında söz açılır.

Bildirilir ki, qədim türklərin yaşadıqları ərazilərdə coğrafi məkanlar həm relyef əsasında, həm də tarixi şəxsiyyətlərin və tayfaların adları ilə adlandırılıb: "Arxiv sənədlərində və mənbələrdə qeyd edilən bu yer-yurdlar millətin zəngin tarixini yaşadan və sübut edən toponomik faktlardır".

Bozburun - Talın mahalının Talin rayonu ərazisində kənd olub. Kəndin adı Bozbur formasında da qeyd edilir. 1918-ci ildə erməni təcavüzünün qurbanı olan kənd sakinləri deportasiyaya məruz qaldıqdan sonra 1920-ci ildə ləğv edilib.

Bozburun - Talın mahalının Talin rayonunda dağ adıdır. Qafqazın 5 verstlik xəritəsində adı qeyd edilən dağın adı dəyişdirilib Yerax qoyulub.

Bozqala - Ağbaba mahalının Amasiya rayonunda kənd olub. Kəndin əhalisi 1918-ci ildə ermənilər tərəfindən təcavüzə məruz qalıb, bir hissəsi öldürülüb, sağ qalanlar isə Türkiyəyə gedib. 1922-ci ildə kəndi tərk etməyə məcbur olmuş azərbaycanlılar ata-baba torpaqlarına dönüblər. 1940-cı ildə kənd ləğv edilərək ölü kəndə çevrilib.

Bozdoğan - Şörəyel mahalının Ağin, sonralar Ani adlandırılan rayonda kənd adıdır. "İrəvan əyalətinin icmal dəftəri"ndə və Qafqazın 5 verstlik xəritəsində adı qeyd edilib. 1935-ci ildə adı dəyişdirilib Sarakan qoyulub.

Sonda vurğulanır ki, tarixi gerçəkliklərin üzə çıxması çirkin əməllərlə qidalanan ermənilərin özləri üçün yaratdığı saxta tarixi alt-üst edir: "Təbii ki, Qərbi Azərbaycan torpağı hesabına dövlət qurmaqla, tarixən mövcud olmuş türk-oğuz mənşəli toponimləri özününküləşdirməklə məşğul olanların sonu aydınlıq yox, qaranlıq, qalib yox, məğlub görünür".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Ölkə üzrə pensiyalar nə vaxt tam ödəniləcək?Cəmiyyət

Ölkə üzrə pensiyalar nə vaxt tam ödəniləcək?

Aprelin 21-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu gün
12:400
Sabah 14 dərəcə isti olacaq - 21.04.2026Cəmiyyət

Sabah 14 dərəcə isti olacaq - 21.04.2026

Azərbaycanda aprelin 21-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Bu gün
12:300
Bakıda Qazaxıstanın 20-dən çox universitetinin iştirakı ilə təhsil sərgisi keçiriləcək - FOTOCəmiyyət

Bakıda Qazaxıstanın 20-dən çox universitetinin iştirakı ilə təhsil sərgisi keçiriləcək - FOTO

Bakıda mayın 2-də gənclərin gələcək təhsil seçimlərinə dəstək məqsədilə genişmiqyaslı təhsil sərgisi keçiriləcək.

Bu gün
12:260
Uşaqları niyə peyvənd etdirməliyik? - Səhiyyə Nazirliyinin mütəxəssisindən MÜHÜM TÖVSİYƏLƏR - FOTOCəmiyyət

Uşaqları niyə peyvənd etdirməliyik? - Səhiyyə Nazirliyinin mütəxəssisindən MÜHÜM TÖVSİYƏLƏR - FOTO

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsünə uyğun olaraq, 2026-cı ilin 19-25 aprel tarixlərində ölkəmizdə "İmmunlaşdırma həftəsi" keçirilir. Səhiyyə naziri bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən respublikanın bütün şəhər və rayonlarında immunizasiya tədbirlərinin genişləndirilməsi, xüsusilə peyvənddən kənarda qalan uşaqların vaksinasiyaya cəlb olunması, əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi və peyvəndlərlə əhatə səviyyəsinin artırılması nəzərdə tutulur.

Bu gün
12:200