
Sabah 14 dərəcə isti olacaq - 21.04.2026
Azərbaycanda aprelin 21-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Azərbaycanda aprelin 21-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Gundem.today xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşama doğru yağış tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 10-12° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-75% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətKürdəmir Dəmiryol Stansiyasından hansı istiqamətlərə getmək mümkündür?
"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yenilənən Kürdəmir stansiyası vasitəsilə Bakı, Ucar, Ləki (Ağdaş), Yevlax, Goran (Goranboy), Gəncə, Dəllər (Şəmkir), Qovlar (Tovuz), Tovuz, Ağstafa və Qazaxa səyahət etmək mümkündür.
CəmiyyətKürdə suyun SƏVİYYƏSİ ARTIB: Subasma riski var? - RƏSMİ
Son günlər ölkə ərazində müşahidə olunan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsinin artdığı qeydə alınıb.
Cəmiyyət"Sulutəpə dairəsi"ndə TƏHLÜKƏLİ ANLAR: Sərnişin avtobusu təkərsiz idarə olundu - VİDEO
Bakıda hərəkətdə olan sərnişin avtobusunun təkərində yaranan problem insanların diqqətini çəkib.
CəmiyyətKlinik Tibbi Mərkəzin direktoru İŞDƏN ÇIXARILDI
Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov vəzifəsindən azad edilib.