
Qərəz, lobbiçilik və korrupsiya: Avropa Parlamentinin əsl siması və Bakının cavabı
Azərbaycanın torpaqlarının işğal altında qaldığı 30 il ərzində ölkəmizə qarşı müxtəlif formada qərəzli və əsassız ittihamlarla çıxış edən beynəlxalq təşkilatlar Ermənistanla münaqişənin başa çatdığını, sülh prosesindəki irəliləyişləri həzm edə bilmirlər. Uzun illər ərzində Azərbaycan dəfələrlə bu cür qərəzli və əsassız ittihamlara son qoymaq və anti-Azərbaycan mövqeyindən imtina etmək tələblərini ən yüksək səviyyələrdə həmin təşkilatların diqqətinə çatdırıb. Amma buna baxmayaraq, bəzi ünsürlər b
Azərbaycanın torpaqlarının işğal altında qaldığı 30 il ərzində ölkəmizə qarşı müxtəlif formada qərəzli və əsassız ittihamlarla çıxış edən beynəlxalq təşkilatlar Ermənistanla münaqişənin başa çatdığını, sülh prosesindəki irəliləyişləri həzm edə bilmirlər. Uzun illər ərzində Azərbaycan dəfələrlə bu cür qərəzli və əsassız ittihamlara son qoymaq və anti-Azərbaycan mövqeyindən imtina etmək tələblərini ən yüksək səviyyələrdə həmin təşkilatların diqqətinə çatdırıb. Amma buna baxmayaraq, bəzi ünsürlər bu cür addımlarını hələ də davam etdirirlər. Avropa Parlamenti (AP) də bu cür təşkilatlardan biridir.
AP-nin Azərbaycana qarşı yürütdüyü siyasət rəsmi Bakı tərəfindən birtərəfli, qərəzli və ikili standartlara əsaslanan fəaliyyət kimi qiymətləndirilir.
Prezident İlham Əliyev 2026-cı ilin yanvarında "Euronews" telekanalına müsahibəsində AP-nin anti-Azərbaycan siyasətini sərt tənqid edib:
"Avropa Parlamentinin Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir".
Avropa Parlamenti tərəfindən indiyədək ölkəmizə qarşı qəbul edilən qətnamələrin hamısı qərəzli və siyasi motivlidir. Bu sənədlər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə birbaşa zidd olmaqla yanaşı, daxili işlərə açıq müdaxilə xarakteri daşıyır. Erməni lobbisinin təsiri və islamofobiya meyilləri ilə qidalanan bu addımlar bölgədəki sülh gündəliyinə ciddi zərər vurur.
Statistikaya nəzər salsaq, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Avropa Parlamenti tərəfindən Azərbaycanın əleyhinə 10-dan artıq qərəzli qətnamənin qəbul edildiyini görərik. 2021-22-ci illərdə qəbul edilmiş sənədlər, əsasən, müharibədən sonrakı vəziyyətə və "mədəni irsin" qorunmasına, 2023-cü ildəki qətnamələr sentyabr antiterror əməliyyatına, 2024-25-ci illərdəkilər isə "insan hüquqları" və COP29 məsələlərinə fokuslanıb.
30 aprel tarixində qəbul edilmiş qətnamə də Avropa Parlamentinin növbəti riyakar siyasətinin bariz təcəssümüdür. Əsassız və qərəzli fikirlərin yer aldığı bu qətnaməyə rəsmi Bakının reaksiyası da gecikmədi. Belə ki, bu gün Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırıldı. Görüşdə Avropa Parlamenti tərəfindən ötən gün qəbul edilmiş qətnamə ilə bağlı qarşı tərəfə etiraz notası təqdim edildi.
Sözügedən qətnamədəki müddəaların reallıqları təhrif etdiyi, obyektivlik prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət öhdəliklərinə zidd olduğu vurğulanıb. Avropa Parlamentinin bu cür yanaşma sərgiləməsinin regionda normallaşma prosesinə, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivlərinə mənfi təsir etdiyi vurğulanıb.
Sənəddəki müddəaların reallığı təhrif etdiyi, obyektivlik prinsiplərinə, eləcə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət öhdəliklərinə zidd olduğu bildirilib. AP-nin bu yanaşmasının regionda normallaşma prosesinə və Azərbaycan-Aİ münasibətlərinin perspektivlərinə mənfi təsir göstərdiyi vurğulanıb.
Qətnamədə Qarabağ bölgəsinə erməni sakinlərin qayıdışı ilə bağlı iddiaların əsassız olduğu və Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirildiyi diqqətə çatdırılıb. 2023-cü ildə Azərbaycan Konstitusiyasına uyğun olaraq təqdim edilmiş reinteqrasiya planına baxmayaraq, erməni sakinlərin regionu könüllü tərk etdiyi və bunun əksini iddia edən bəyanatların yanlış olduğu xatırladılıb.
Görüşdə, həmçinin "müharibə əsirləri" kimi təqdim edilən erməniəsilli şəxslərin azad edilməsi ilə bağlı çağırışların hüquqi baxımdan qəbuledilməz olduğu qeyd edilib. Azərbaycanın humanist yanaşma nümayiş etdirərək bir çox məhbusları azad etdiyi, barələrində məhkəmə hökmü çıxarılmış şəxslərin isə terrorçuluq, təxribat və hərbi cinayətlər daxil olmaqla bir sıra ağır cinayətlər törətdikləri diqqətə çatdırılıb.
Bu gün Milli Məclisin (MM) iclasında da məlum qətnamə müzakirəyə çıxarılıb. Parlament AP-nin fəaliyyəti ilə bağlı qərar qəbul edərək, bu qurumla bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin dayandırıldığını elan edib. Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştiraka son qoyulur və Avronest Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq MM-in bu təşkilatda üzvlüyünə xitam verilməsi proseduruna başlanılır. Bu müddətdə Azərbaycan nümayəndə heyəti Avronestin tədbirlərinə qatılmayacaq.
Azərbaycan çoxdan Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə təmasları dayandırıb. Amma qərəzli siyasətə son qoyulmadığından artıq AP ilə münasibətlər rəsmi olaraq dayandırılır.
Bu gün Avropa Parlamenti qitədə daha çox islamofobiya və korrupsiya məkanı kimi tanınır. Bu qurumla bağlı indiyədək ortaya çıxan faktlar və səsləndirilən tezislər bunu bir daha təsdiqləyir.
Görünən odur ki, Avropa Parlamenti Avropa İttifaqının maraqlarından daha çox, müxtəlif lobbi qruplarının mənafelərinə xidmət edir. "Qatargeyt - 2022" qalmaqalı, "Huawei" lobbiçiliyi, eləcə də Rusiya və erməni lobbisinin təsiri kimi faktların mütəma
Oxşar Xəbərlər
SiyasətMehriban Əliyeva açılışı olan İslam Səfərli küçəsindən paylaşım edib - VİDEO
Birinci vitse-prezident Mehriban Əliyeva İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışından video paylaşıb.
SiyasətDiplomatlar Xankəndidə Qarabağ Universitetinin klinikasını ziyarət ediblər
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidə Qarabağ Universitetinin klinikasında olublar.
SiyasətMina terroru davam edir: Ermənistan məsuliyyətini dərk etməlidir - ŞƏRH
Azərbaycan-Ermənistan arasında müharibə bitsə də, ölkəmiz hələ də mina terrorundan əziyyət çəkir. Xüsusilə qeyd edilməlidir ki, azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb, 877 nəfərə aid insan qalıqları ekshumasiya olunub. Lakin Ermənistan hələ də yüzlərlə məzarın yerini gizlədir. Qeyd etmək lazımdır ki, Ermənistan beynəlxalq sənədlərə, 1949-cu il Cenevrə Konvensiyalarına və 1977-ci il Əlavə Protokola əsasən, müharibə nəticəsində itkin düşmüş şəxslərin taleyini aydınlaşdırm
SiyasətHikmət Hacıyev: "Azərbaycanın unikal bərpa-quruculuq təcrübəsi dünyanın heç bir yerində yoxdur"
"Diplomatik korpusun, beynəlxalq ictimaiyyətin fikri ondan ibarətdir ki, Azərbaycanın çox unikal bir bərpa-quruculuq modeli var və dünyanın heç bir bölgəsində belə təcrübə yoxdur".