
"Qiyamət günü saatı" xəbərdarlığı: İrana qarşı nüvə silahından istifadə ehtimalı nə qədərdir?
"ABŞ və ya İsrail tərəfindən İrana qarşı nüvə silahından istifadə ehtimalı aşağı olaraq qalır".
"ABŞ və ya İsrail tərəfindən İrana qarşı nüvə silahından istifadə ehtimalı aşağı olaraq qalır".
Gundem.today xəbər verir ki, bu barədə "Qiyamət günü saatı"nın ("Doomsday Clock") vaxtını təyin edən "Bulletin of the Atomic Scientists" jurnalının baş redaktoru Con Meklin "Euractiv" nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Tehranın İsrailin nüvə obyektlərinə qəsdən zərbə endirmə ehtimalı da azdır, lakin müharibə şəraitində texniki səhvlər və gözlənilməz insidentlər riski hələ də qalır. Meklin Yaxın Şərqdəki münaqişəni "tamamilə ağılsızlıq" adlandırıb və eskalasiyanın qarşısını almağın yeganə yolunun diplomatiya olduğunu vurğulayıb.
"Qiyamət günü saatı" bəşəriyyətin qlobal fəlakətə nə qədər yaxınlaşdığını göstərən simvolik indikatordur. Bu layihə 1947-ci ildə "Manhetten layihəsi"ndə iştirak etmiş alimlər tərəfindən yaradılıb. Şkala "gecəyarısına saniyələr qalmış" ifadəsi ilə ölçülür ki, burada "gecəyarısı" insan sivilizasiyasının şərti sonunu tərənnüm edir. Qiymətləndirmə zamanı nüvə təhlükələri ilə yanaşı, iqlim dəyişikliyi və təhlükəli texnologiyaların inkişafı kimi qlobal təhdidlər də nəzərə alınır.
2026-cı ilin əvvəlində "Qiyamət günü saatı" gecəyarısına 85 saniyə qalmış həddində dayanıb. Bu, nüvə riskləri də daxil olmaqla, qlobal təhlükələrin artdığını göstərir. Qeyd edək ki, nüvə silahı tarixdə yalnız bir dəfə - 1945-ci ildə ABŞ tərəfindən Xirosima və Naqasakiyə zərbə endirilərkən istifadə olunub. Həmin vaxtdan bəri heç bir dövlət döyüş şəraitində digər ölkəyə qarşı nüvə silahı tətbiq etməyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb
Aprelin 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "A-10 Thunderbolt II" hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
DünyaABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandı
ABŞ Silahlı Qüvvələri altıncı nəsil "F-47" qırıcısının sürətləndirilmiş şəkildə hazırlanmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Məqsəd prototipin ilk uçuşunun 2028-ci ildə həyata keçirilməsidir.
DünyaTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Türkiyə Milli Müdafiə Nazirliyi Qara, Egey və Şərqi Aralıq dənizlərini əhatə edən "Mavi Vətən-26" hərbi təlimlərinin başladığını elan edib.
DünyaNASA-dan tarixi kadr: 54 ildən sonra astronavtlar Yer kürəsinin bütöv fotosunu çəkiblər
NASA astronavtları Ayın ətrafında uçuş zamanı "Orion" kosmik gəmisinin göyərtəsindən 54 ildən sonra ilk dəfə Yer kürəsinin tam formasını əks etdirən fotoşəkil çəkiblər.