
Qlobal təhlükəsizlik sistemində yeni era: NATO parçalanır? - FOTO
"Son illərdə baş verən hadisələr - Rusiya-Ukrayna müharibəsi, ABŞ-nin diqqətinin getdikcə daha çox Asiya-Sakit okean regionuna yönəlməsi, həmçinin Yaxın Şərqdə gərginliyin artması Avropada təhlükəsizlik arxitekturası ilə bağlı ciddi narahatlıqlar yaradıb".
"Son illərdə baş verən hadisələr - Rusiya-Ukrayna müharibəsi, ABŞ-nin diqqətinin getdikcə daha çox Asiya-Sakit okean regionuna yönəlməsi, həmçinin Yaxın Şərqdə gərginliyin artması Avropada təhlükəsizlik arxitekturası ilə bağlı ciddi narahatlıqlar yaradıb".
Bu fikirləri Gundem.today-a açıqlamasında siyasi şərhçi Ramiz Alıyev deyib.
O bildirib ki, Avropa uzun müddət təhlükəsizlik baxımından ABŞ-yə və NATO çərçivəsində Trans-Atlantik əməkdaşlığa güvənib:
"Lakin Vaşinqtonun strateji prioritetlərinin dəyişməsi ehtimalı Avropanı "strateji muxtariyyət" ideyasını daha ciddi müzakirə etməyə vadar edir. Bu baxımdan, Avropanın öz təhlükəsizlik sistemini gücləndirmək istəyi realdır və artıq müşahidə olunan tendensiyadır.
Avropa İttifaqının Türkiyə ilə birlikdə təhlükəsizlik modeli yaratması nəzəri baxımdan maraqlı, lakin praktikada mürəkkəb prosesdir. Türkiyə NATO-nun ikinci ən böyük ordusuna malikdir. Qara dəniz, Yaxın Şərq və Şərqi Aralıq dənizi kimi kritik regionlarda yerləşir. Hərbi sənaye və müdafiə texnologiyalarında sürətlə inkişaf edir. Bu xüsusiyyətlər Türkiyəni Avropa üçün əvəzolunmaz təhlükəsizlik tərəfdaşına çevirir. Lakin məhdudiyyətlər də var. Türkiyə-Aİ münasibətləri uzun illərdir gərgindir. Türkiyənin ittifaqa üzvlüyü faktiki olaraq dondurulub. Siyasi və dəyərlər sistemində fərqlər qalmaqdadır. Bu səbəbdən "Aİ+Türkiyə" modeli institusional ittifaqdan çox, funksional və selektiv əməkdaşlıq formatında mümkün görünür. Yəni tam inteqrasiya yox, konkret təhlükəsizlik sahələrində əməkdaşlıq".
Ekspert vurğulayıb ki, ABŞ-nin sözügedən məsələdəki mövqeyi həlledici amillərdən biridir:
"Vaşinqton üçün əsas prioritetlər NATO-nun qorunması, Avropada təsir imkanlarının saxlanılması, müttəfiqlərin ABŞ-dən tam asılı vəziyyətdən çıxmamasıdır. ABŞ prinsip etibarilə Avropanın daha çox məsuliyyət götürməsini dəstəkləyir. Lakin bu, NATO-nu zəiflədən və ya alternativ struktura çevrilən model olarsa, ciddi narahatlıq doğurar. NATO-nu tamamlayan model ABŞ tərəfindən qəbul edilə bilər, alyansa alternativ model isə rəsmi Vaşinqton tərəfindən ehtiyatla və ya mənfi qarşılanar. Türkiyə NATO-nun aparıcı üzvlərindəndir. Bu reallaşarsa, alyans daxilində parçalanma olmayacaqmı sualına nəzər salsaq, sözügedən risk mövcuddur, lakin qaçılmaz deyil. Əgər Avropa öz təhlükəsizlik təşəbbüslərini NATO ilə koordinasiyalı şəkildə həyata keçirsə və Türkiyə bu prosesdə alyans çərçivəsində qalaraq rol alsa, onda bu, parçalanmadan çox, NATO daxilində rol bölgüsünün yenilənməsi kimi qiymətləndirilə bilər".
R.Alıyevin sözlərinə görə, əks halda paralel hərbi strukturların yaradılması ABŞ ilə Avropa arasında strateji fikir ayrılıqlarını dərinləşdirə, NATO daxilində gərginliyi artıra və hətta uzunmüddətli perspektivdə parçalanma riskini gücləndirə bilər:
"Ümumilikdə deyə bilərik ki, "Aİ+Türkiyə" təhlükəsizlik modeli ideyası tamamilə irreal deyil, lakin yaxın perspektivdə vahid və formal ittifaq kimi formalaşması çətindir. Daha çox çevik və sahəvi əməkdaşlıq formatında inkişaf edə bilər. ABŞ-nin mövqeyi və NATO-nun gələcək rolu isə bu prosesin əsas müəyyənedicisi olaraq qalır. Ən real ssenari ondan ibarətdir ki, Avropa öz müdafiə imkanlarını gücləndirəcək, Türkiyə ilə əməkdaşlığı artıracaq, lakin bunu NATO-dan kənar deyil, onunla paralel və koordinasiyalı şəkildə edəcək. Bu isə qlobal təhlükəsizlik arxitekturasında kəskin qırılmadan çox, tədrici transformasiya deməkdir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətPezeşkian İlham Əliyevə təşəkkür etdi
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
SiyasətAzərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası Afinada keçiriləcək
Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası bu payız Afinada keçiriləcək.
SiyasətGücü tükənməyən İran hansı taktika ilə müharibə aparır? - Fərqli gerçəklər üzə çıxdı - VİDEO
Yaxın Şərqdə hərbi balans dəyişir, amma tam pozulmur. ABŞ və İsrailin həftələrlə davam edən intensiv hava zərbələrinə rəğmən, İranın hərbi potensialı hələ də ciddi ölçüdə qalmaqdadır.
SiyasətHörmüz dalanı və Azərbaycanın rolunun güclənməsi - VİDEO
"İran ətrafındakı münaqişə fonunda Hörmüz boğazının blokadası qlobal enerji bazarlarında dəyişkənliyi artırıb və tez reaksiya verən diplomatik mexanizmlərin məhdudluğunu üzə çıxarıb".