Son dəqiqə
AFFA Gənclər Liqasının oyunlarını təxirə saldı - SƏBƏBTovuzda üç uşağından imtina edən qadın himayəyə verildiSabah 15 dərəcə isti olacaq - 12.04.2026Salyanda tanınmış həkim vəfat etdi - FOTOMasazırda DƏHŞƏTLİ HADİSƏ - İki qadın qətlə yetirildiKeçmiş məhkum külli miqdarda narkotiklə ƏLƏ KEÇDİ - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Hadisə
  3. Qubanın daha bir kəndində TORPAQ SÜRÜŞMƏSİ - Evlər təhlükə altında - FOTO
Qubanın daha bir kəndində TORPAQ SÜRÜŞMƏSİ - Evlər təhlükə altında - FOTO
Hadisə

Qubanın daha bir kəndində TORPAQ SÜRÜŞMƏSİ - Evlər təhlükə altında - FOTO

Bu gün
11:58
0 baxış
Paylaş:

Quba rayonunun Aydınkənd kəndində son günlər yağan leysan yağışları nəticəsində yaranan sel və torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

Quba rayonunun Aydınkənd kəndində son günlər yağan leysan yağışları nəticəsində yaranan sel və torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

Gundem.today APA-ya istinadla xəbər verir ki, rayon mərkəzindən təxminən 40 kilometr aralıda yerləşən kənddə bir neçə yaşayış evinə ziyan dəyib.

Evlərin divarlarında çatlar yaranıb, bəzi dam örtükləri yararsız vəziyyətə düşüb.

Dağlıq ərazidə yerləşən kənddə torpaq qatının yuxarı hissələrdən sürüşərək yaşayış sahələrinə doğru hərəkət etdiyi bildirilir. Kənd ərazisində geniş sürüşmələr müşahidə olunur və prosesin hazırda da aktiv davam etdiyi qeyd edilir.

Sürüşmə nəticəsində Aydınkəndə gedən yol bir neçə gün nəqliyyat üçün bağlı qalıb, bu isə sakinlərin rayon mərkəzi ilə əlaqəsini çətinləşdirib.

Sakinlər bildirirlər ki, kəndin təhlükəli ərazidə yerləşməsi onların həyatını risk altına alır. Onların sözlərinə görə, aktiv sürüşmələr zamanı dağlardan qopan iri daş və qaya parçaları, eləcə də torpaq kütləsi yaşayış evlərinə doğru hərəkət edir və bu da ciddi təhlükə yaradır.

Qeyd olunur ki, Aydınkənd kəndinin ərazisi ümumilikdə sürüşməyə meyilli zonalardandır və bir neçə gün əvvəl Quba-Qonaqkənd yolunda baş verən sürüşmə də əraziyə təsir göstərib.

Hazırda ərazidə aidiyyəti qurumların nümayəndələri və texnika cəlb olunub, fəsadların aradan qaldırılması və yolun bərpası istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, bundan əvvəl Qubanın Qoanqkənd və Qəçreş kəndlərində də torpaq sürüşmələri olub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Hadisə#Quba#Aydınkənd#torpaq_sürüşməsi#sel_fəlakəti#leysan_yağışları#Quba-Qonaqkənd_yolu#təbii_fəlakət#sürüşmə_zonası#infrastrukturun_bərpası

Oxşar Xəbərlər

Masazırda DƏHŞƏTLİ HADİSƏ - İki qadın qətlə yetirildiHadisə

Masazırda DƏHŞƏTLİ HADİSƏ - İki qadın qətlə yetirildi

Abşeron rayonunun Masazır kəndində iki qadın qətlə yetirilib.

Bu gün
12:420
Tərtərdə iki qadın DÖNƏRDƏN ZƏHƏRLƏNDİHadisə

Tərtərdə iki qadın DÖNƏRDƏN ZƏHƏRLƏNDİ

Tərtər rayonunda iki nəfər dönərdən zəhərlənib.

Bu gün
12:300
Tərtərdə FACİƏ: 7 yaşlı qız kanalda boğulduHadisə

Tərtərdə FACİƏ: 7 yaşlı qız kanalda boğuldu

Tərtər rayonunda 7 yaşlı qız kanalda boğulub.

Bu gün
12:150
Sumqayıtda köşkün içində kişi meyiti tapıldı - VİDEOHadisə

Sumqayıtda köşkün içində kişi meyiti tapıldı - VİDEO

Sumqayıtın 14-cü məhəlləsində yerləşən avtobus dayanacağına bitişik kioskda 46 yaşlı Anar Abdurrahmanovun cəsədi aşkar edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Bu gün
12:040