
Tovuzda üç uşağından imtina edən qadın himayəyə verildi
Tovuz rayonunda 3 azyaşlı uşağından imtina edən və sonradan xəstəxanaya yerləşdirilən qadın qohumlarının himayəsinə verilib.
Tovuz rayonunda 3 azyaşlı uşağından imtina edən və sonradan xəstəxanaya yerləşdirilən qadın qohumlarının himayəsinə verilib.
Gundem.today-ın əldə etdiyi məlumata görə, Tovuz şəhər sakini Təranə Ələsgərova xəstəxanada müayinə olunub və ona ambulator müalicə yazılıb. Qadın xəstəxanadan çıxarılaraq ambulator müalicə üçün anasının himayəsinə verilib.
Xatırladaq ki, Tovuz rayonu Məhəmməd Zeynallı küçəsindəki yataqxanada yaşayan ailə 3 azyaşlı övladından imtina edib. Ailə başçısı Səbuhi Ələsgərovun içki aludəçisi olduğundan ailədə tez-tez mübahisə yaradıb psixoloji problemləri olan arvadı Təranə Ələsgərovanı və övladlarını döyməsi, işgəncə verməsi barədə məlumat daxil olub.
Araşdırmalar zamanı məlum olub ki, ailənin 3 övladı - 2024-cü il təvəllüdlü İ.Ələsgərov, 2019-cu il təvəllüdlü İ.Ələsgərov, 2018-ci il təvəllüdlü Y.Ələsgərov ataları tərəfindən dilənçiliyə vadar ediliblər.
Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları həmin ünvanda yaşayan ana və 3 övladını Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirmişdilər. Ailənin imtina etdiyi 3 azyaşlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən nəzarətə götürülüb və Gəncədəki uşaq evlərindən birinə yerləşdiriliblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXərçəngin müalicəsində doğru bilinən yanlışlar: Ölümcül xəstəlikdən necə qurtulmaq olar? - VİDEO
"Baku Med" verilişində bu dəfə invaziv radiologiya və invaziv onkologiyadan danışılıb.
CəmiyyətKeşlədə kollektorun daşması nəticəsində yaranmış fəsadlar aradan qaldırılır - FOTO
Aprelin 5-də və 6-da intensiv yağan yağışlar nəticəsində Keşlədə kollektorun daşması ilə əlaqədar ərazidə yaranmış fəsadların aradan qaldırılması və infrastrukturun bərpası istiqamətində tədbirlər həyata keçirilir.
CəmiyyətSabah 15 dərəcə isti olacaq - 12.04.2026
Azərbaycanda aprelin 12-də gözlənilən hava şəraiti açıqlanıb.
CəmiyyətSalyanda tanınmış həkim vəfat etdi - FOTO
Salyanda tanınmış kardioloq Həsənağa Bağırov vəfat edib.